https://sputnik.az/20230708/dovlet-neft-sirketi-cisco-systems-inc-ile--anlasma-memorandumu-imzalayib-456622958.html
Dövlət Neft Şirkəti “Cisco Systems Inc” ilə anlaşma memorandumu imzalayıb
Dövlət Neft Şirkəti “Cisco Systems Inc” ilə anlaşma memorandumu imzalayıb
Sputnik Azərbaycan
Bildirilir ki, SOCAR-ın korporativ strategiyasında ən son texnoloji və innovasiya həllərinin tətbiqi ilə əməliyyat səmərəliliyinin artırılması prioritet... 08.07.2023, Sputnik Azərbaycan
2023-07-08T16:27+0400
2023-07-08T16:27+0400
2023-07-08T16:27+0400
iqtisadiyyat
socar
it texnologiyalar
https://cdnn1.img.sputnik.az/img/40214/02/402140291_0:114:1211:795_1920x0_80_0_0_f9aac0938645245775320e4d4a4c033a.jpg
BAKI, 8 iyul - Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı şirkətlərindən biri olan “Cisco Systems Inc” arasında rəqəmsal transformasiya təşəbbüsləri, yeni texnologiyaların tətbiq edilməsi məqsədilə şəbəkə həlləri və proqram təminatları sahəsində anlaşma memorandumu imzalanıb. Bu barədə SOCAR məlumat yayıb.Memorandum SOCAR ilə “Cisco Systems Inc” arasında texnoloji infrastruktur, təhlükəsiz rəqəmsal transformasiya, dayanıqlı İT, habelə rahat istifadəçi təcrübəsi yaratmaq istiqamətlərində əməkdaşlıq imkanlarını nəzərdə tutur.SOCAR-ın korporativ strategiyasında dəyər zənciri üzrə fəaliyyət istiqamətlərinin rəqəmsallaşdırılması, o cümlədən ən son texnoloji və innovasiya həllərinin tətbiqi ilə əməliyyat səmərəliliyinin artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib."Bu xüsusda, texnologiya və innovasiya sahəsində dünya liderləri arasında olan “Cisco Systems Inc” ilə əməkdaşlıq SOCAR-ın uzunmüddətli strateji hədəflərinə töhfə verməklə yanaşı, rəqəmsal transformasiya sahəsində perspektiv imkanları artırmağa və gələcəyin iş yerini yaratmağa əlverişli zəmin yaradacaqdır", - deyə məlumatda bildirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40214/02/402140291_0:0:1211:908_1920x0_80_0_0_4aa606f10356f8279e0b1e1ef2fa69ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
socar, it texnologiyalar
Dövlət Neft Şirkəti “Cisco Systems Inc” ilə anlaşma memorandumu imzalayıb
Bildirilir ki, SOCAR-ın korporativ strategiyasında ən son texnoloji və innovasiya həllərinin tətbiqi ilə əməliyyat səmərəliliyinin artırılması prioritet istiqamətlərdən biridir.
BAKI, 8 iyul - Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı şirkətlərindən biri olan “Cisco Systems Inc” arasında rəqəmsal transformasiya təşəbbüsləri, yeni texnologiyaların tətbiq edilməsi məqsədilə şəbəkə həlləri və proqram təminatları sahəsində anlaşma memorandumu imzalanıb. Bu barədə SOCAR məlumat yayıb.
Memorandum SOCAR ilə “Cisco Systems Inc” arasında texnoloji infrastruktur, təhlükəsiz rəqəmsal transformasiya, dayanıqlı İT, habelə rahat istifadəçi təcrübəsi yaratmaq istiqamətlərində əməkdaşlıq imkanlarını nəzərdə tutur.
SOCAR-ın korporativ strategiyasında dəyər zənciri üzrə fəaliyyət istiqamətlərinin rəqəmsallaşdırılması, o cümlədən ən son texnoloji və innovasiya həllərinin tətbiqi ilə əməliyyat səmərəliliyinin artırılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
"Bu xüsusda, texnologiya və innovasiya sahəsində dünya liderləri arasında olan “Cisco Systems Inc” ilə əməkdaşlıq SOCAR-ın uzunmüddətli strateji hədəflərinə töhfə verməklə yanaşı, rəqəmsal transformasiya sahəsində perspektiv imkanları artırmağa və gələcəyin iş yerini yaratmağa əlverişli zəmin yaradacaqdır", - deyə məlumatda bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.