Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcək

© AFP 2023 / ADEM ALTANНуман Куртулмуш
Нуман Куртулмуш  - Sputnik Azərbaycan, 1920, 07.07.2023
Abunə olmaq
AKP və MHP-nin namizədi olan Numan Kurtulmuş iyunun 7-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.
BAKI, 7 iyul - Sputnik. İyulun 11-12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
Bu barədə “Report”a türkiyəli millət vəkili Şamil Ayrım bildirib.
Millət vəkili deyib ki, ənənəvi olaraq Türkiyə parlamentinə sədr seçilən şəxs ilk səfərini əvvəlcə Şimali Kipr Türk Respublikasına, (ŞKTC) sonra isə Azərbaycana edir.
Qeyd edək ki, AKP və MHP-nin namizədi olan Numan Kurtulmuş iyunun 7-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.
Xəbər lenti
0