https://sputnik.az/20230707/stinqin-pehrizi-musiqici-ebedi-cavan-gorunusunun-sirrini-aciqlayib-456594658.html
Stinqin pəhrizi: Musiqiçi "əbədi cavan görünüş"ünün sirrini açıqlayıb
Stinqin pəhrizi: Musiqiçi "əbədi cavan görünüş"ünün sirrini açıqlayıb
Sputnik Azərbaycan
Əfsanəvi müğənni xüsusi pəhriz və gündəlik yoqa sayəsində heyrətamiz görünür. O, təfərrüatları mətbuatla bölüşüb. 07.07.2023, Sputnik Azərbaycan
2023-07-07T23:47+0400
2023-07-07T23:47+0400
2023-07-07T23:47+0400
musiqi
dünya xəbərləri
musiqiçi
stinq
ifaçı
ingilis
sağlam
https://cdnn1.img.sputnik.az/img/41381/50/413815011_0:0:2347:1321_1920x0_80_0_0_dd99c4370bac55723c0d7eeae7ef0d0a.jpg
BAKI, 7 iyul — Sputnik. 71 yaşlı ifaçının ideal bədən quruluşu və cavan görünüşü çimərlikdə çoxsaylı pərəstişkarlarını heyran edib. İndi hamıda sual yaranır: müğənni özünü belə gözəl formada saxlamaq üçün nə edir? Stinq cavan görünüşünün bəzi sirlərini mətbuatla bölüşüb. Bir müddət əvvəl ingilis musiqiçisi və "Police" rok qrupunun solisti, Stinq təxəllüsü ilə daha çox tanınan 71 yaşlı Qordon Metyu Tomas Samner Kanadanın Skarboro şəhərində səhnəyə çıxaraq, öz bədən quruluşunu nümayiş etdirib. Stinqin yaşını ancaq göz ətrafındakı qırışlar büruzə verib. Bu yaxınlarda musiqiçi çimərlikdə istirahət edərkən diqqət çəkib. Pərəstişkarları onun nə qədər gənc görünməsinə heyran olublar. Sonra "Daily Mail" nəşri də daxil olmaqla bir çoxları müğənninin özünü belə əla formada saxlamaq üçün nə etdiyi ilə maraqlanıblar. Jurnalistlərin müəyyən etdiyinə görə, iki mühüm komponent musiqiçinin orqanizmində möcüzələr yaradır: Stinq uzun illərdir öz qidasına xüsusi fikir verir və hər gün yoqa ilə məşğul olur. Müğənninin özü də cavan görünüşünün ilk sirrini çoxlu sayda tərəvəz və dənli bitkilərdən ibarət makrobiotik pəhrizi adlandırıb. Bu pəhriz tərkibində konservantlar olan istənilən emal olunmuş qidalardan uzaq durmağa yönəlib. Stinq daha az ət yeməyə çalışır, süd və şəkərli məhsullardan uzaq durur. Müğənni özünə qarşı ciddi yanaşır və bütün pəhriz tələblərinə əməl edir. O, qastrol səfərlərində evdən və nizamlı yeməklərdən uzaq olanda həmişə ona uyğun yeməklər hazırlayan şəxsi - aşpazını özü ilə götürür. Onu da əlavə etmək lazımdır ki, ifaçının ailəsi uzun müddət əvvəl Uiltşirdəki "Lake House" fermasına köçüb və öz bağlarındakı əkilən məhsullarla qidalanmağa çalışırlar. Onlar becərmələrində heç bir kimyəvi maddədən istifadə etmirlər və təbii tərəvəzlər yetişdirirlər. Təsərrüfatda bağ-bostandan başqa, onlar cücələr də saxlayırlar, alabalıqla bol olan gölməçəyə də sahibdirlər. Stinqin həyat yoldaşı və dörd uşaq anası Trudi Stayler 1999-cu ildə yazdığı "Gölün yanındakı evin aşçılıq kitabı"nda yazıb: "Mən ancaq boşqablarımıza nə qoyduğumuzu dəqiq biləndə xoşbəxt olacağam". Stinq üçün sağlam həyatın ikinci qaydası yoqa və üzgüçülükdür. Təəccüblənəcəksiniz, ancaq müğənni bir neçə illər ərzində hər gün bunu etməyə çalışır. Bundan əvvəl o, qaçışla, idman zalında məşq etməklə də məşğul olub, ancaq yoqada qərarlaşıb. 60 yaşı tamam olanda o, müsahibələrinin birində etiraf edib ki, yoqa ona karyerasında əlavə illər verib, çünki müğənni səhnədə özünü tam şəkildə göstərməlidir. "Formada olmasaydım, bunu edə bilməzdim", - deyə Stinq deyib. Sağlam həyat tərzi ideyası çox uzun müddət musiqiçi və onun həyat yoldaşı tərəfindən mənimsənilib. Cütlük həyatlarından hər hansı pis vərdişləri istisna ediblər, lakin bəzən özlərinə kiçik sevinclər də bəxş edirlər. Stinq "The Guardian" qəzetinə deyib: "Mən spirtli içki içə bilərəm, ancaq siqaret çəkmirəm. Mən qəhvə içirəm, şokolad və dondurmanı xoşlayıram. Lakin eyni zamanda, həqiqətən də mən sağlamam".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41381/50/413815011_0:0:2169:1627_1920x0_80_0_0_1d9eefde9ad4f5e5f95a7ec789279346.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
musiqi, musiqiçi, stinq, ifaçı, ingilis, sağlam
musiqi, musiqiçi, stinq, ifaçı, ingilis, sağlam
Stinqin pəhrizi: Musiqiçi "əbədi cavan görünüş"ünün sirrini açıqlayıb
Əfsanəvi müğənni xüsusi pəhriz və gündəlik yoqa sayəsində heyrətamiz görünür. O, təfərrüatları mətbuatla bölüşüb.
BAKI, 7 iyul — Sputnik. 71 yaşlı ifaçının ideal bədən quruluşu və cavan görünüşü çimərlikdə çoxsaylı pərəstişkarlarını heyran edib. İndi hamıda sual yaranır: müğənni özünü belə gözəl formada saxlamaq üçün nə edir? Stinq cavan görünüşünün bəzi sirlərini mətbuatla bölüşüb.
Bir müddət əvvəl ingilis musiqiçisi və "Police" rok qrupunun solisti, Stinq təxəllüsü ilə daha çox tanınan 71 yaşlı Qordon Metyu Tomas Samner Kanadanın Skarboro şəhərində səhnəyə çıxaraq, öz bədən quruluşunu nümayiş etdirib. Stinqin yaşını ancaq göz ətrafındakı qırışlar büruzə verib. Bu yaxınlarda musiqiçi çimərlikdə istirahət edərkən diqqət çəkib. Pərəstişkarları onun nə qədər gənc görünməsinə heyran olublar. Sonra "Daily Mail" nəşri də daxil olmaqla bir çoxları müğənninin özünü belə əla formada saxlamaq üçün nə etdiyi ilə maraqlanıblar.
Jurnalistlərin müəyyən etdiyinə görə, iki mühüm komponent musiqiçinin orqanizmində möcüzələr yaradır: Stinq uzun illərdir öz qidasına xüsusi fikir verir və hər gün yoqa ilə məşğul olur.
Müğənninin özü də cavan görünüşünün ilk sirrini çoxlu sayda tərəvəz və dənli bitkilərdən ibarət makrobiotik pəhrizi adlandırıb. Bu pəhriz tərkibində konservantlar olan istənilən emal olunmuş qidalardan uzaq durmağa yönəlib. Stinq daha az ət yeməyə çalışır, süd və şəkərli məhsullardan uzaq durur. Müğənni özünə qarşı ciddi yanaşır və bütün pəhriz tələblərinə əməl edir. O, qastrol səfərlərində evdən və nizamlı yeməklərdən uzaq olanda həmişə ona uyğun yeməklər hazırlayan şəxsi - aşpazını özü ilə götürür.
Onu da əlavə etmək lazımdır ki, ifaçının ailəsi uzun müddət əvvəl Uiltşirdəki "Lake House" fermasına köçüb və öz bağlarındakı əkilən məhsullarla qidalanmağa çalışırlar. Onlar becərmələrində heç bir kimyəvi maddədən istifadə etmirlər və təbii tərəvəzlər yetişdirirlər. Təsərrüfatda bağ-bostandan başqa, onlar cücələr də saxlayırlar, alabalıqla bol olan gölməçəyə də sahibdirlər.
Stinqin həyat yoldaşı və dörd uşaq anası Trudi Stayler 1999-cu ildə yazdığı "Gölün yanındakı evin aşçılıq kitabı"nda yazıb: "Mən ancaq boşqablarımıza nə qoyduğumuzu dəqiq biləndə xoşbəxt olacağam".
Stinq üçün sağlam həyatın ikinci qaydası yoqa və üzgüçülükdür. Təəccüblənəcəksiniz, ancaq müğənni bir neçə illər ərzində hər gün bunu etməyə çalışır. Bundan əvvəl o, qaçışla, idman zalında məşq etməklə də məşğul olub, ancaq yoqada qərarlaşıb. 60 yaşı tamam olanda o, müsahibələrinin birində etiraf edib ki, yoqa ona karyerasında əlavə illər verib, çünki müğənni səhnədə özünü tam şəkildə göstərməlidir.
"Formada olmasaydım, bunu edə bilməzdim", - deyə Stinq deyib.
Sağlam həyat tərzi ideyası çox uzun müddət musiqiçi və onun həyat yoldaşı tərəfindən mənimsənilib. Cütlük həyatlarından hər hansı pis vərdişləri istisna ediblər, lakin bəzən özlərinə kiçik sevinclər də bəxş edirlər. Stinq "The Guardian" qəzetinə deyib: "Mən spirtli içki içə bilərəm, ancaq siqaret çəkmirəm. Mən qəhvə içirəm, şokolad və dondurmanı xoşlayıram. Lakin eyni zamanda, həqiqətən də mən sağlamam".