CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səlim Müslümovun məhkəməsi növbəti dəfə təxirə salınıb

© Sputnik / Murad OrujovƏmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov - Sputnik Azərbaycan, 1920, 07.07.2023
Abunə olmaq
Məhkəmənin növbəti iclasının vaxtı məlum deyil.
BAKI, 7 iyul - Sputnik. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilməli olan proses qeyri-müəyyən səbəblərə görə təxirə düşüb.
Məhkəmənin növbəti iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb. Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş ziyan 27 milyon manat hesablanıb.
Xəbər lenti
0