CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyadan gətirilən günəbaxan tumunun istehlaka yararsız olduğu aşkarlanıb

tum - Sputnik Azərbaycan, 1920, 07.07.2023
Abunə olmaq
20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkarlanıb.
BAKI, 7 iyul — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan verilən xəbərə görə, idxalatçı şirkət "Seyfi 22" MMC-nin Rusiya Federasiyasından idxal etdiyi "Darkuş Aqro" MMC-nin istehsalı olan 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
Xəbər lenti
0