https://sputnik.az/20230707/prezident-anti-azerbaycan-bendinin-daxil-edilmesi-cehdinin-qarsisini-alan-albaniya-oldu-456604991.html
Prezident: "Anti-Azərbaycan bəndinin daxil edilməsi cəhdinin qarşısını alan Albaniya oldu"
Prezident: "Anti-Azərbaycan bəndinin daxil edilməsi cəhdinin qarşısını alan Albaniya oldu"
Sputnik Azərbaycan
Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında Frankofoniya sammitində Azərbaycan verilən dəstəkdən danışıb. 07.07.2023, Sputnik Azərbaycan
2023-07-07T18:43+0400
2023-07-07T18:43+0400
2023-07-07T18:43+0400
prezident
azərbaycan xəbərləri
prezident ilham əliyev
albaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/05/447085711_0:320:3072:2048_1920x0_80_0_0_3ff8107f316189ea5f1ce4bd7c46f12b.jpg
BAKI, 7 iyul — Sputnik. "Azərbaycan və Albaniya dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrdə çox xüsusi dinamika yaradıb". Bu fikri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı, həmçinin deyib: "Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlığı Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq. Ötənilki Frankofoniya sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya Təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Məhz Albaniya həmin bəndin qarşısını alan ölkə oldu". Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü olduğunu vurğulayan dövlət başçısı deyib: "Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə, biz çox minnətdarıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/05/447085711_0:464:2112:2048_1920x0_80_0_0_e90cd33195e159254e15fb3e8faabe50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident, prezident ilham əliyev, albaniya
prezident, prezident ilham əliyev, albaniya
Prezident: "Anti-Azərbaycan bəndinin daxil edilməsi cəhdinin qarşısını alan Albaniya oldu"
Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında Frankofoniya sammitində Azərbaycan verilən dəstəkdən danışıb.
BAKI, 7 iyul — Sputnik. "Azərbaycan və Albaniya dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrdə çox xüsusi dinamika yaradıb".
Bu fikri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı, həmçinin deyib: "Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlığı Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq. Ötənilki Frankofoniya sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya Təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Məhz Albaniya həmin bəndin qarşısını alan ölkə oldu".
Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü olduğunu vurğulayan dövlət başçısı deyib: "Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə, biz çox minnətdarıq".