https://sputnik.az/20230707/azerbaycanda-saxta-menzil-satisi-cinayetinin-qurbani-olanlarin-sayi-aciqlanib-456592339.html
Azərbaycanda saxta mənzil satışı cinayətinin qurbanı olanların sayı açıqlanıb
Azərbaycanda saxta mənzil satışı cinayətinin qurbanı olanların sayı açıqlanıb
Sputnik Azərbaycan
Mənzil almaq istəyən vətəndaşı aldanmaqdan sığortalamaq və daşınmaz əmlakın yalnız ona satıldığının hüquqi təminatı olmalıdır. 07.07.2023, Sputnik Azərbaycan
2023-07-07T16:21+0400
2023-07-07T16:21+0400
2023-07-07T16:57+0400
mənzil
cəmiyyət
saxta
https://cdnn1.img.sputnik.az/img/41651/10/416511091_0:127:2961:1793_1920x0_80_0_0_2001ad6b25013c28413ee9dca0555125.jpg
BAKI, 7 iyul — Sputnik. Azərbaycanda bir mənzilin bir neçə şəxsə satılması ilə bağlı problem sonadək həllini tapmayıb. Bunu bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib. "Biz Əfv Komissiyasının iclaslarında belə müraciətlərlə tez-tez qarşılaşırıq. Mənzil almaq istəyən vətəndaşı aldanmaqdan sığortalanması və daşınmaz əmlakın yalnız ona satıldığının hüquqi təminatı olmalıdır. Başqa ölkələrdə yoxlama üçün reyestr-sənədlərin və əmlakın qeydiyyat bazası mövcuddur. Qeyri-rəsmi məlumatlara görə, bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5250 nəfərdir. Nəzərə alsaq ki, hər vətəndaş minimum 4 nəfərlik ailə tərkibinə malikdir, onların məruz qaldığı stress və maliyyə itkiləri hökumətdən bu sahədə təsirli tədbirlər görməyi tələb edir. Onu deyək ki, Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin 90 faizə qədəri mülkiyyət hüquqları ilə bağlıdır", - Zahid Oruc əlavə edib.
https://sputnik.az/20230707/olke-uzre-butun-menzil-fondunun-umumi-sahesi-son-iyirmi-il-erzinde-16-defe-artib-456591910.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41651/10/416511091_159:0:2890:2048_1920x0_80_0_0_a8f4073ed8096593f6070ce905cf0941.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mənzil, saxta
Azərbaycanda saxta mənzil satışı cinayətinin qurbanı olanların sayı açıqlanıb
16:21 07.07.2023 (Yenilənib: 16:57 07.07.2023) Mənzil almaq istəyən vətəndaşı aldanmaqdan sığortalamaq və daşınmaz əmlakın yalnız ona satıldığının hüquqi təminatı olmalıdır.
BAKI, 7 iyul — Sputnik. Azərbaycanda bir mənzilin bir neçə şəxsə satılması ilə bağlı problem sonadək həllini tapmayıb.
Bunu bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.
"Biz Əfv Komissiyasının iclaslarında belə müraciətlərlə tez-tez qarşılaşırıq. Mənzil almaq istəyən vətəndaşı aldanmaqdan sığortalanması və daşınmaz əmlakın yalnız ona satıldığının hüquqi təminatı olmalıdır. Başqa ölkələrdə yoxlama üçün reyestr-sənədlərin və əmlakın qeydiyyat bazası mövcuddur. Qeyri-rəsmi məlumatlara görə, bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5250 nəfərdir. Nəzərə alsaq ki, hər vətəndaş minimum 4 nəfərlik ailə tərkibinə malikdir, onların məruz qaldığı stress və maliyyə itkiləri hökumətdən bu sahədə təsirli tədbirlər görməyi tələb edir. Onu deyək ki, Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin 90 faizə qədəri mülkiyyət hüquqları ilə bağlıdır", - Zahid Oruc əlavə edib.