https://sputnik.az/20230707/azerbaycan-ve-rusiya-samur-hidroqovsaginin-birge-istismarini-muzakire-edib-456584606.html
Azərbaycan və Rusiya Samur Hidroqovşağının birgə istismarını müzakirə edib
Azərbaycan və Rusiya Samur Hidroqovşağının birgə istismarını müzakirə edib
Sputnik Azərbaycan
Tərəflər həmçinin Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb. 07.07.2023, Sputnik Azərbaycan
2023-07-07T12:10+0400
2023-07-07T12:10+0400
2023-07-07T12:30+0400
samur
iqtisadiyyat
azərbaycan
rusiya
https://cdnn1.img.sputnik.az/img/42432/65/424326588_0:159:3077:1889_1920x0_80_0_0_1952601b6063edef83aca55f87980222.jpg
BAKI, 7 iyul — Sputnik. Azərbaycan və Rusiya arasında iki ölkənin sərhədində yerləşən Samur Hidroqovşağının birgə istismarı məsələsi müzakirə edilib. Bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC məlumat yayıb. Məlumata görə, müzakirələr "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə əsasən yaradılmış Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının ötən gün videokonfrans formatında keçirilmiş 24-cü görüşündə baş tutub. Tərəflər həmçinin Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb. Müzakirələr nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb. Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfdən həmsədri, səhmdar cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda qurumun əməkdaşları Elçin Məmmədov, Elxan Hüseynov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər və Xarici İşlər Nazirliklərinin, eləcədə Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42432/65/424326588_173:0:2902:2047_1920x0_80_0_0_4e776547e98559aa26ccc60e3d4662df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
samur, azərbaycan, rusiya
samur, azərbaycan, rusiya
Azərbaycan və Rusiya Samur Hidroqovşağının birgə istismarını müzakirə edib
12:10 07.07.2023 (Yenilənib: 12:30 07.07.2023) Tərəflər həmçinin Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.
BAKI, 7 iyul — Sputnik. Azərbaycan və Rusiya arasında iki ölkənin sərhədində yerləşən Samur Hidroqovşağının birgə istismarı məsələsi müzakirə edilib.
Bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC məlumat yayıb.
Məlumata görə, müzakirələr "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə əsasən yaradılmış Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının ötən gün videokonfrans formatında keçirilmiş 24-cü görüşündə baş tutub.
Tərəflər həmçinin Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb. Müzakirələr nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb.
Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfdən həmsədri, səhmdar cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda qurumun əməkdaşları Elçin Məmmədov, Elxan Hüseynov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər və Xarici İşlər Nazirliklərinin, eləcədə Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.