SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Armen Qriqoryan Ceyk Sallivanla görüşüb

© SputnikErmənistan TŞ katibi Armen Qriqoryan
Ermənistan TŞ katibi Armen Qriqoryan - Sputnik Azərbaycan, 1920, 07.07.2023
Abunə olmaq
Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, görüşdə regional və qeyri-regional təhlükəsizlik vəziyyəti və problemləri müzakirə olunub.
BAKI, 7 iyul — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Bu barədə Armen Qriqoryan sosial media hesabında bildirib.
Onun sözlərinə görə, görüş iyulun 6-da Ağ Evdə baş tutub.
Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, görüşdə regional və qeyri-regional təhlükəsizlik vəziyyəti və problemləri müzakirə olunub.
"Bu kontekstdə mən həmsöhbətimə bir sıra mühüm istiqamətlər üzrə Ermənistan tərəfinin yanaşmalarını təqdim etdim. Biz ikitərəfli maraq doğuran digər məsələlər barədə danışdıq, xüsusilə enerji, iqtisadiyyat və demokratiya çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafını vurğuladıq", - Qriqoryan qeyd edib.
Xəbər lenti
0