https://sputnik.az/20230707/-azerbaycanda-10-min-nefere-dusen-menzillerin-sayi-mdb-olkelerine-nisbeten-azdir-456584357.html
Azərbaycanda 10 min nəfərə düşən mənzillərin sayı MDB ölkələrinə nisbətən azdır
Azərbaycanda 10 min nəfərə düşən mənzillərin sayı MDB ölkələrinə nisbətən azdır
Sputnik Azərbaycan
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, təkcə ötən il ölkədə 49 min fərdi ev və 94 min mənzil üzərində mülkiyyət hüququ... 07.07.2023, Sputnik Azərbaycan
2023-07-07T13:06+0400
2023-07-07T13:06+0400
2023-07-07T13:16+0400
mdb
cəmiyyət
mənzil
zahid oruc
https://cdnn1.img.sputnik.az/img/07e5/02/19/426318986_0:83:1001:646_1920x0_80_0_0_643ab31cb2d2e105465f2c13e6b2f8e9.jpg
BAKI, 7 iyul — Sputnik. Son illər Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində vəziyyət kəskin dəyişib. Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib. "Təkcə ötən il ölkədə 49 min fərdi ev və 94 min mənzil üzərində mülkiyyət hüququ təsdiq edilib. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununun qəbulu bu sahədə vəziyyəti xeyli dəyişib. Həmin qanunun icrasına başlanıldıqdan sonra 100 minə qədər ev və mənzil hüquqi aktla təmin edilib", - deyə o qeyd edib. Bununla yanaşı, sədr deyib ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən mənzillərin sayı digər MDB ölkələrinə nisbətən azdır: "Qazaxıstanda bu rəqəm 62, Belarusda 49 olduğu halda, Azərbaycanda 2018-ci ildə 16,6 olub. Kəskin fərq mənzil və yaşayış fondlarının qeydiyyatının başa çatmaması ilə bağlıdır. Daşınmaz əmlakın qeydiyyat problemi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. 2011-ci ildə Bakıda keçirilmiş müşavirə və daha sonra verilən sərəncamlar buna sübutdur ".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/19/426318986_57:0:924:650_1920x0_80_0_0_8909febc30e79bacc6cb063c8d3212cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mdb, mənzil, zahid oruc
Azərbaycanda 10 min nəfərə düşən mənzillərin sayı MDB ölkələrinə nisbətən azdır
13:06 07.07.2023 (Yenilənib: 13:16 07.07.2023) Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, təkcə ötən il ölkədə 49 min fərdi ev və 94 min mənzil üzərində mülkiyyət hüququ təsdiq edilib.
BAKI, 7 iyul — Sputnik. Son illər Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində vəziyyət kəskin dəyişib.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.
"Təkcə ötən il ölkədə 49 min fərdi ev və 94 min mənzil üzərində mülkiyyət hüququ təsdiq edilib. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununun qəbulu bu sahədə vəziyyəti xeyli dəyişib. Həmin qanunun icrasına başlanıldıqdan sonra 100 minə qədər ev və mənzil hüquqi aktla təmin edilib", - deyə o qeyd edib.
Bununla yanaşı, sədr deyib ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən mənzillərin sayı digər MDB ölkələrinə nisbətən azdır: "Qazaxıstanda bu rəqəm 62, Belarusda 49 olduğu halda, Azərbaycanda 2018-ci ildə 16,6 olub. Kəskin fərq mənzil və yaşayış fondlarının qeydiyyatının başa çatmaması ilə bağlıdır. Daşınmaz əmlakın qeydiyyat problemi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. 2011-ci ildə Bakıda keçirilmiş müşavirə və daha sonra verilən sərəncamlar buna sübutdur ".