Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İyulun 7-nə olan hava proqnozu: Azərbaycanda 39° dərəcə isti gözlənilir

© Sputnik / Murad Orujovisti hava
isti hava - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında gecə və səhər duman olacaq. Bakıda və Abşeron yarımadasında isə hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
BAKI, 6 iyul — Sputnik. İyulun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 35-45% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 17-22° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0