https://sputnik.az/20230706/yeni-qanun-valyutanin-alinmasi-ve-dasinmasina-samil-edilmeyecek-456547926.html
Yeni qanun valyutanın alınması və daşınmasına şamil edilməyəcək
Yeni qanun valyutanın alınması və daşınmasına şamil edilməyəcək
Sputnik Azərbaycan
Milli Məclis "Dövlət satınalmaları haqqında" qanuna təklif edilən dəyişikləri üçüncü oxunuşda qəbul edib. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T21:10+0400
2023-07-06T21:10+0400
2023-07-06T21:10+0400
manat
azərbaycan xəbərləri
dövlət
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_0:0:2000:1125_1920x0_80_0_0_920fb3f69600286bfc571653b58e7f6e.jpg
BAKI, 6 iyul — Sputnik. "Dövlət satınalmaları haqqında" qanunun müddəaları nağd xarici valyutanın alınması və daşınmasına şamil edilməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "Dövlət satınalmaları haqqında" qanunun müddəaları Mərkəzi Bankın bu Qanunda nəzərdə tutulmuş məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar aşağıdakı satınalmalarına şamil edilmir: - kağız və metal pul nişanlarının, o cümlədən yubiley və xatirə pul nişanlarının konsepsiyasının, dizaynının, mühafizə elementlərinin və digər texniki spesifikasiyalarının hazırlanması, istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi və keyfiyyət ekspertizasının aparılması ilə bağlı satınalmalar; - beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə bağlı satınalmalar; - nağd xarici valyutanın alınması və daşınması; - nəzarət subyektlərinə münasibətdə nəzarət, o cümlədən rezolyusiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı satınalmalar. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_227:0:2000:1330_1920x0_80_0_0_884aca34c5a3f67879716c90bfffa324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
manat, dövlət
Yeni qanun valyutanın alınması və daşınmasına şamil edilməyəcək
Milli Məclis "Dövlət satınalmaları haqqında" qanuna təklif edilən dəyişikləri üçüncü oxunuşda qəbul edib.
BAKI, 6 iyul — Sputnik. "Dövlət satınalmaları haqqında" qanunun müddəaları nağd xarici valyutanın alınması və daşınmasına şamil edilməyəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, "Dövlət satınalmaları haqqında" qanunun müddəaları Mərkəzi Bankın bu Qanunda nəzərdə tutulmuş məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar aşağıdakı satınalmalarına şamil edilmir:
- kağız və metal pul nişanlarının, o cümlədən yubiley və xatirə pul nişanlarının konsepsiyasının, dizaynının, mühafizə elementlərinin və digər texniki spesifikasiyalarının hazırlanması, istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi və keyfiyyət ekspertizasının aparılması ilə bağlı satınalmalar;
- beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə bağlı satınalmalar;
- nağd xarici valyutanın alınması və daşınması;
- nəzarət subyektlərinə münasibətdə nəzarət, o cümlədən rezolyusiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı satınalmalar.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.