https://sputnik.az/20230706/yaponiya-azerbaycana-tecili-tibbi-yardim-masinlari-verib-456565667.html
Yaponiya Azərbaycana təcili tibbi yardım maşınları verib
Yaponiya Azərbaycana təcili tibbi yardım maşınları verib
Sputnik Azərbaycan
Sözügedən layihənin icra olunması üçün Yaponiya hökuməti tərəfindən 88.996 ABŞ dolları (150.404 manat) məbləğində qrant ayrılıb. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T19:48+0400
2023-07-06T19:48+0400
2023-07-06T19:48+0400
təcili tibbi yardım
səhiyyə
təbib
yaponiya
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424997732_0:82:1960:1185_1920x0_80_0_0_19c2fa7c4436facd8fe0590536374290.jpg
BAKI, 6 iyul — Sputnik. Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində icra olunan "Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi" layihəsinin təqdimat mərasimi keçirilib. TƏBİB-dən verilən xəbərə görə, mərasimdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Qazax və Samux rayonlarının mərkəzi xəstəxanalarının direktorları və benefisiar təşkilatın nümayəndələri iştirak ediblər. "Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi" layihəsi çərçivəsində Yaponiyanın "Mitsubishi" şirkətinin 2 ədəd pikap kuzalı avtomobilinin alınması və təcili tibbi yardım avtomobilinin modifikasiya olunması üçün "Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək" İctimai Birliyinə qrant verilib. Sözügedən layihənin icra olunması üçün Yaponiya hökuməti tərəfindən 88.996 ABŞ dolları (150.404 manat) məbləğində qrant ayrılıb. Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi bildirib ki, 2000-2022-ci illər ərzində "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində Azərbaycanda 58 rayonda 95 tibb müəssisəsinin yenidənqurma və tikinti işləri həyata keçirilib. Sözügedən layihə xüsusilə əhaliyə ilkin səhiyyə xidmətlərini təqdim edən müəssisələrin yenidənqurma işlərini əhatə edib. İndiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24.070.000 ABŞ dollarını (təqribi 40.680.000 manat) ötüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424997732_136:0:1824:1266_1920x0_80_0_0_20514e39e011c9e2a27f805ebc70af4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təcili tibbi yardım, təbib, yaponiya
təcili tibbi yardım, təbib, yaponiya
Yaponiya Azərbaycana təcili tibbi yardım maşınları verib
Sözügedən layihənin icra olunması üçün Yaponiya hökuməti tərəfindən 88.996 ABŞ dolları (150.404 manat) məbləğində qrant ayrılıb.
BAKI, 6 iyul — Sputnik. Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində icra olunan "Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi" layihəsinin təqdimat mərasimi keçirilib.
TƏBİB-dən verilən xəbərə görə, mərasimdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Qazax və Samux rayonlarının mərkəzi xəstəxanalarının direktorları və benefisiar təşkilatın nümayəndələri iştirak ediblər.
"Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi" layihəsi çərçivəsində Yaponiyanın "Mitsubishi" şirkətinin 2 ədəd pikap kuzalı avtomobilinin alınması və təcili tibbi yardım avtomobilinin modifikasiya olunması üçün "Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək" İctimai Birliyinə qrant verilib.
Sözügedən layihənin icra olunması üçün Yaponiya hökuməti tərəfindən 88.996 ABŞ dolları (150.404 manat) məbləğində qrant ayrılıb.
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi bildirib ki, 2000-2022-ci illər ərzində "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində Azərbaycanda 58 rayonda 95 tibb müəssisəsinin yenidənqurma və tikinti işləri həyata keçirilib. Sözügedən layihə xüsusilə əhaliyə ilkin səhiyyə xidmətlərini təqdim edən müəssisələrin yenidənqurma işlərini əhatə edib. İndiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24.070.000 ABŞ dollarını (təqribi 40.680.000 manat) ötüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.