https://sputnik.az/20230706/qosulmama-herekati-tehlukesizlik-ve-inkisaf-ucun-boyuk-platformadir---ceyhun-bayramov-456575596.html
Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır - Ceyhun Bayramov
Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır - Ceyhun Bayramov
Sputnik Azərbaycan
XİN başçısı deyib ki, Azərbaycan bundan sonra da bu təşkilatın maraqları, sülh və inkişaf naminə səmərəli fəaliyyətini davam etdirəcək. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T19:21+0400
2023-07-06T19:21+0400
2023-07-06T20:16+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
qoşulmama hərəkatı
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456500507_0:38:1000:601_1920x0_80_0_0_301eb51ca95ea5fc37d0ad3fa6ed75de.jpg
BAKI, 6 iyul - Sputnik. “Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır”.Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimində deyib.Nazir qeyd edib ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü təşkilata üzv olan bütün ölkələrin birliyini və əməkdaşlıq ruhunu nümayiş etdirib.Onun sözlərinə görə, bəşəriyyət hazırda böyük təhlükəsizlik problemləri ilə üz-üzədir və Qoşulmama Hərəkatı bu problemlərin aradan qaldırılmasında mühüm rol oynayır:“Hazırda bəşəriyyət beynəlxalq təhlükəsizlik sistemində müəyyən problemlərlə üzləşib. Bu səbəbdən birgə çağırışların edilməsi vacibdir. Bu istiqamətdə aktivlik nümayiş etdirmək lazımdır. Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır”. "Azərbaycan bundan sonra da bu təşkilatın maraqları, sülh və inkişaf naminə səmərəli fəaliyyətini davam etdirəcək”, - Ceyhun Bayramov əlavə edib.Nazir Qoşulmama Hərəkatına üzv dövlətlərin sayının 121-ə çatmasını arzu edib: “Hərəkata üzv dövlətlərinin sayının artması beynəlxalq arenada etibarlılığı və hərəkətliliyi göstərəcək”.
https://sputnik.az/20230706/baki-beyannamesi-qebul-edilib-456575320.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456500507_74:0:926:639_1920x0_80_0_0_8239f8d59bdd79ba961874f2eb9f0dba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, qoşulmama hərəkatı
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, qoşulmama hərəkatı
Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır - Ceyhun Bayramov
19:21 06.07.2023 (Yenilənib: 20:16 06.07.2023) XİN başçısı deyib ki, Azərbaycan bundan sonra da bu təşkilatın maraqları, sülh və inkişaf naminə səmərəli fəaliyyətini davam etdirəcək.
BAKI, 6 iyul - Sputnik. “Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimində deyib.
Nazir qeyd edib ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü təşkilata üzv olan bütün ölkələrin birliyini və əməkdaşlıq ruhunu nümayiş etdirib.
Onun sözlərinə görə, bəşəriyyət hazırda böyük təhlükəsizlik problemləri ilə üz-üzədir və Qoşulmama Hərəkatı bu problemlərin aradan qaldırılmasında mühüm rol oynayır:
“Hazırda bəşəriyyət beynəlxalq təhlükəsizlik sistemində müəyyən problemlərlə üzləşib. Bu səbəbdən birgə çağırışların edilməsi vacibdir. Bu istiqamətdə aktivlik nümayiş etdirmək lazımdır. Qoşulmama Hərəkatı təhlükəsizlik və inkişaf üçün böyük platformadır”.
"Azərbaycan bundan sonra da bu təşkilatın maraqları, sülh və inkişaf naminə səmərəli fəaliyyətini davam etdirəcək”, - Ceyhun Bayramov əlavə edib.
Nazir Qoşulmama Hərəkatına üzv dövlətlərin sayının 121-ə çatmasını arzu edib: “Hərəkata üzv dövlətlərinin sayının artması beynəlxalq arenada etibarlılığı və hərəkətliliyi göstərəcək”.