https://sputnik.az/20230706/prezident-bir-nece-xarici-olkelerin-numayendeleri-ile-gorus-kecirib-456556738.html
Prezident bir neçə xarici ölkələrin nümayəndələri ilə görüş keçirib
Prezident bir neçə xarici ölkələrin nümayəndələri ilə görüş keçirib
Sputnik Azərbaycan
Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T15:30+0400
2023-07-06T15:30+0400
2023-07-06T15:42+0400
prezident
siyasət
prezident ilham əliyev
qoşulmama hərəkatı
https://cdnn1.img.sputnik.az/img/07e7/07/06/456555796_0:59:923:578_1920x0_80_0_0_9d662e856d12ad2fe1e32dd301d1d4ef.jpg
BAKI, 6 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib. Əhməd Attaf Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısında çatdırdı, Prezident İlham Əliyevin onun dəvəti ilə Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında xüsusi qonaq qismində iştirakına görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev salamlara və Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştiraka dəvətə görə Əlcəzair Prezidentinə təşəkkürünü bildirib və onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş edib. Dövlətimizin başçısı, həmçinin Əlcəzair Prezidentini ölkəmizə rəsmi səfərə dəvət edib. Əhməd Attaf Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə, Hərəkatın təsisatlanması istiqamətində həyata keçirdiyi işlərə görə təbriklərini çatdırıb. Dövlətimizin başçısı ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd edib. O qeyd edib ki, Sovetlər Birliyi dövründə çox sayda azərbaycanlı mütəxəssisin Əlcəzairdə fəaliyyət göstərdiyini, bu ölkənin inkişafına öz töhfələrini verdiyini vurğulayıb. Eyni zamanda, həmin dövrdə Əlcəzairdən olan çox sayda tələbənin də Azərbaycanda təhsil aldığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması çərçivəsində həyata keçirdiyi işlərdən danışıb. Ölkəmizin təşəbbüsü ilə bu Hərəkatın gənclər təşkilatının və parlament şəbəkəsinin yaradıldığını deyən ölkə rəhbəri Azərbaycanın, eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini, sədrlik dövründə bu istiqamətdə də müvafiq tədbirləri həyata keçirəcəyini vurğulayıb. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Əlcəzair tərəfinə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEC+ formatında əməkdaşlıq məsələləri müzakirə olunub. Bun gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saudu da qəbul edib. Bakının gözəlliyinin onu valeh etdiyini deyən Narayan Prakaş Saud Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini vurğuladı, Azərbaycanın inkişaf etməkdə olan ölkələr üçün nümunə olduğunu dedi. Nepalın xarici işlər naziri ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. Nepallı tələbələrin Azərbaycanın təqdim etdiyi təqaüd proqramları çərçivəsində təhsil aldıqlarını deyən qonaq buna görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanla Nepalın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib. O həmçinin ölkələrimiz arasında münasibətlərin həmişə yaxşı olduğunu, lakin əlaqələri daha da genişləndirmək üçün böyük imkanların mövcudluğunu vurğulayıb. Dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradıldığını, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində iş aparıldığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Nepala təşəkkürünü bildirib. Görüşdə ölkələrimiz arasında biznesin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, bu xüsusda nümayəndə heyətlərinin mübadiləsi məsələləri müzakirə olundu. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı da qəbul edib. Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirib və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Tatyana Valovaya BMT-nin Qadınlar Davamlı İnkişaf Məqsədi üzrə təşəbbüsünün inkişaf etdirilməsində Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirib, Prezident İlham Əliyevin minaların təmizlənməsi üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin yaradılması təşəbbüsünün çox dəyərli və vacib olduğunu vurğulayıb. O, BMT çərçivəsində üzv dövlətlərlə birgə bu istiqamətdə müzakirə aparılmasının mümkünlüyünü və önəmini diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın təsisatlanmasına və ölkəmizin multilateralizmə daim böyük əhəmiyyət verdiyini bildirib, Hərəkatın təsisatlanması istiqamətində ölkəmiz tərəfindən aparılan işlərin, xüsusilə də Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşəbbüslərini qeyd edib. Prezident İlham Əliyev həmçinin Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması istiqamətində təşəbbüslə çıxış etdiyini vurğulayıb. Azərbaycanın Ermənistan işğalından azad edilmiş torpaqlarımızın minalarla çirkləndirilməsi problemi ilə üzləşdiyini qeyd edən dövlət başçısı minaların təmizlənməsinin də Dayanıqlı İnkişaf Məqsədi kimi təsbit olunmasının vacibliyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyini və ölkəmizin humanitar minatəmizləmə sahəsində müasir texnologiyalardan səmərəli şəkildə istifadə etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, 2020-ci il noyabrın 10-dan sonra 300-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Görüşdə BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyi də müzakirə edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/06/456555796_83:0:923:630_1920x0_80_0_0_ea7b72cf9f375dcbdbdefb15079657b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident, prezident ilham əliyev, qoşulmama hərəkatı
prezident, prezident ilham əliyev, qoşulmama hərəkatı
Prezident bir neçə xarici ölkələrin nümayəndələri ilə görüş keçirib
15:30 06.07.2023 (Yenilənib: 15:42 06.07.2023) Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
BAKI, 6 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib.
Əhməd Attaf Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlətimizin başçısında çatdırdı, Prezident İlham Əliyevin onun dəvəti ilə Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında xüsusi qonaq qismində iştirakına görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev salamlara və Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştiraka dəvətə görə Əlcəzair Prezidentinə təşəkkürünü bildirib və onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş edib. Dövlətimizin başçısı, həmçinin Əlcəzair Prezidentini ölkəmizə rəsmi səfərə dəvət edib.
Əhməd Attaf Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə, Hərəkatın təsisatlanması istiqamətində həyata keçirdiyi işlərə görə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı ölkələrimiz arasında tarixi əlaqələrin olduğunu qeyd edib. O qeyd edib ki, Sovetlər Birliyi dövründə çox sayda azərbaycanlı mütəxəssisin Əlcəzairdə fəaliyyət göstərdiyini, bu ölkənin inkişafına öz töhfələrini verdiyini vurğulayıb. Eyni zamanda, həmin dövrdə Əlcəzairdən olan çox sayda tələbənin də Azərbaycanda təhsil aldığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının təsisatlanması çərçivəsində həyata keçirdiyi işlərdən danışıb. Ölkəmizin təşəbbüsü ilə bu Hərəkatın gənclər təşkilatının və parlament şəbəkəsinin yaradıldığını deyən ölkə rəhbəri Azərbaycanın, eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini, sədrlik dövründə bu istiqamətdə də müvafiq tədbirləri həyata keçirəcəyini vurğulayıb.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Əlcəzair tərəfinə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEC+ formatında əməkdaşlıq məsələləri müzakirə olunub.
Bun gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saudu da qəbul edib.
Bakının gözəlliyinin onu valeh etdiyini deyən Narayan Prakaş Saud Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qısa müddət ərzində böyük nailiyyətlər əldə etdiyini vurğuladı, Azərbaycanın inkişaf etməkdə olan ölkələr üçün nümunə olduğunu dedi. Nepalın xarici işlər naziri ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
Nepallı tələbələrin Azərbaycanın təqdim etdiyi təqaüd proqramları çərçivəsində təhsil aldıqlarını deyən qonaq buna görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Nepalın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib. O həmçinin ölkələrimiz arasında münasibətlərin həmişə yaxşı olduğunu, lakin əlaqələri daha da genişləndirmək üçün böyük imkanların mövcudluğunu vurğulayıb.
Dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradıldığını, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində iş aparıldığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Nepala təşəkkürünü bildirib.
Görüşdə ölkələrimiz arasında biznesin, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, bu xüsusda nümayəndə heyətlərinin mübadiləsi məsələləri müzakirə olundu.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı da qəbul edib.
Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirib və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.
Tatyana Valovaya BMT-nin Qadınlar Davamlı İnkişaf Məqsədi üzrə təşəbbüsünün inkişaf etdirilməsində Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirib, Prezident İlham Əliyevin minaların təmizlənməsi üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin yaradılması təşəbbüsünün çox dəyərli və vacib olduğunu vurğulayıb. O, BMT çərçivəsində üzv dövlətlərlə birgə bu istiqamətdə müzakirə aparılmasının mümkünlüyünü və önəmini diqqətə çatdırıb.
Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın təsisatlanmasına və ölkəmizin multilateralizmə daim böyük əhəmiyyət verdiyini bildirib, Hərəkatın təsisatlanması istiqamətində ölkəmiz tərəfindən aparılan işlərin, xüsusilə də Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşəbbüslərini qeyd edib. Prezident İlham Əliyev həmçinin Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması istiqamətində təşəbbüslə çıxış etdiyini vurğulayıb. Azərbaycanın Ermənistan işğalından azad edilmiş torpaqlarımızın minalarla çirkləndirilməsi problemi ilə üzləşdiyini qeyd edən dövlət başçısı minaların təmizlənməsinin də Dayanıqlı İnkişaf Məqsədi kimi təsbit olunmasının vacibliyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyini və ölkəmizin humanitar minatəmizləmə sahəsində müasir texnologiyalardan səmərəli şəkildə istifadə etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, 2020-ci il noyabrın 10-dan sonra 300-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
Görüşdə BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyi də müzakirə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.