Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Polşa hakimiyyəti beynəlxalq öhdəliklərini yerinə yetirməkdən yayınır - Zaxarova

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian FederationZaxarova
Zaxarova - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiyanın Polşadakı səfirliyi dərhal Polşa tərəfdən bu hadisə ilə bağlı izahat və məlumatın rəsmi təsdiqini tələb edib.
BAKI, 6 iyul — Sputnik. Varşava Rusiya vətəndaşı Maksim Sergeyevin Polşada saxlanması barədə məlumat vermək öhdəliyindən yayınır. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomatın sözlərinə görə, Rusiyanın Polşadakı səfirliyi dərhal Polşa tərəfdən bu hadisə ilə bağlı izahat və məlumatın rəsmi təsdiqini tələb edib.
"Yerli səlahiyyətli orqanlara rusiyalıya baş çəkmək imkanı verilməsi tələbi ilə müraciət edilib. Lakin ölkədə hökm sürən rusofobiya və casus paranoyası şəraitində Polşa hakimiyyəti beynəlxalq hüquqda nəzərdə tutulan birbaşa öhdəliklərini yerinə yetirməkdən yayınır", - deyə Zaxarova bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 06.07.2023
RUSİYA
Fransada ksenofobiya, miqrantlara qarşı düşmənçilik artıb - Rusiya XİN narahatdır
Xəbər lenti
0