https://sputnik.az/20230706/fransada-ksenofobiya-miqrantlara-qarsi-dusmencilik-artib---rusiya-xn-narahatdir-456571840.html
Fransada ksenofobiya, miqrantlara qarşı düşmənçilik artıb - Rusiya XİN narahatdır
Fransada ksenofobiya, miqrantlara qarşı düşmənçilik artıb - Rusiya XİN narahatdır
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Fransada polisin etnik mənsubiyyəti olanlara qarşı zorakılığı yolverilməzdir. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T19:04+0400
2023-07-06T19:04+0400
2023-07-06T22:28+0400
rusiya
fransa
fransa prezidenti emmanuel makron
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
avropa
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442992814_0:0:3029:1705_1920x0_80_0_0_f9b9e27ff8866066a92af9d87c530385.jpg
BAKI, 6 iyul - Sputnik. Son illərdə biz Fransada insan hüquqlarının pozulması və polis özbaşınalığı hallarının dəfələrlə şahidi olmuşuq.Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransada baş verən etiraz aksiyalarına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, 17 yaşlı əlcəzairli yeniyetmənin polis tərəfindən Nanterdə öldürülməsi və bunun nəticəsində baş verən kütləvi etirazlar dalğası bütün dünyaya özünü insan hüquqlarının vətəni hesab edən Fransada problemlərin həqiqi miqyasda olduğunu göstərib.“Fransanın şəhər və regionlarını alovlar bürüdü, iğtişaşlar, vandalizm, oğurluq ölkənin böyük şəhərlərini, Paris, Marsel, Lion, Strasburqu, onlarla kommunanı bürüdü. Təkcə, rəsmi məlumatlara görə, 700-dən çox mağaza qarət olunub, 5 mindən çox avtomobil, mindən çox inzibati bina yandırılıb və ya zərər görüb. Bu, "möhtəşəm bağda qızılgüllərin qiyamı" idi? 100-ə yaxın şəhər meriyası hücuma məruz qalıb. İğtişaşlara görə 3200-dən çox insan həbs olunub. Saxlanılanlar arasında çoxlu yetkinlik yaşına çatmayanlar var. 700-dən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Hökumət hər gün 45 minə yaxın polis və jandarma qüvvəsini küçələrə çıxarır. Fransa KİV-nin məlumatlarına görə, onların çoxu yorğun haldadır”, - Rusiya XİN-in sözçüsü bildirib.Zaxarova onu da deyib ki, Fransa hüquq-mühafizə orqanlarının küçə etirazları fonunda hərəkətləri hüquqi çərçivədə qalmalıdır:"Rusiya Xarici İşlər Nazirliyi böhran vəziyyətindən və Fransada zorakılığın görünməmiş artımından hədsiz narahatlığını bildirir. Bu, müasir Fransa cəmiyyətinin artan problemlərinin və onda dərin ziddiyyətlərin olmasının bariz sübutudur. Hüquq-mühafizə orqanlarının hərəkətlərinin ciddi şəkildə hüquqi müstəvidə saxlanmasının vacibliyini, vətəndaşlara qarşı hər hansı formada polis zorakılığının yolverilməzliyini, xüsusən də bu, şəxsin etnik mənsubiyyətindən qaynaqlanırsa, vurğulamaq istərdik”, - deyə diplomat qeyd edib.O vurğulayıb ki, Fransadakı vəziyyət ümumi Avropa qitəsində təhlükəsizliyi təhdid etməməlidir.Rusiya XİN rəsmisi son vaxtlar Fransada ksenofobiyanın, miqrantlara qarşı düşmənçiliyin, antisemitizm təzahürlərinin artdığına da diqqət çəkib: “Fransa hakimiyyəti cəmiyyətin artan radikallaşması ilə ciddi şəkildə maraqlanmalı və ölkədə ksenofobiya və irqçi əhval-ruhiyyənin artmasına daha diqqətlə yanaşmalıdır. Biz ölkə hakimiyyətini Fransanı ayağa qaldıran qətlin səbəblərini dərhal müəyyən etməyə və günahkarların cəzalandırılması üçün lazımi tədbirlər görməyə çağırırıq”, deyə Zaxarova fikrini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442992814_63:0:2794:2048_1920x0_80_0_0_8c152258515a5d03389345509452274e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, fransa prezidenti emmanuel makron, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, avropa
fransa, fransa prezidenti emmanuel makron, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, avropa
Fransada ksenofobiya, miqrantlara qarşı düşmənçilik artıb - Rusiya XİN narahatdır
19:04 06.07.2023 (Yenilənib: 22:28 06.07.2023) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Fransada polisin etnik mənsubiyyəti olanlara qarşı zorakılığı yolverilməzdir.
BAKI, 6 iyul - Sputnik. Son illərdə biz Fransada insan hüquqlarının pozulması və polis özbaşınalığı hallarının dəfələrlə şahidi olmuşuq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Fransada baş verən etiraz aksiyalarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, 17 yaşlı əlcəzairli yeniyetmənin polis tərəfindən Nanterdə öldürülməsi və bunun nəticəsində baş verən kütləvi etirazlar dalğası bütün dünyaya özünü insan hüquqlarının vətəni hesab edən Fransada problemlərin həqiqi miqyasda olduğunu göstərib.
“Fransanın şəhər və regionlarını alovlar bürüdü, iğtişaşlar, vandalizm, oğurluq ölkənin böyük şəhərlərini, Paris, Marsel, Lion, Strasburqu, onlarla kommunanı bürüdü. Təkcə, rəsmi məlumatlara görə, 700-dən çox mağaza qarət olunub, 5 mindən çox avtomobil, mindən çox inzibati bina yandırılıb və ya zərər görüb. Bu, "möhtəşəm bağda qızılgüllərin qiyamı" idi? 100-ə yaxın şəhər meriyası hücuma məruz qalıb. İğtişaşlara görə 3200-dən çox insan həbs olunub. Saxlanılanlar arasında çoxlu yetkinlik yaşına çatmayanlar var. 700-dən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Hökumət hər gün 45 minə yaxın polis və jandarma qüvvəsini küçələrə çıxarır. Fransa KİV-nin məlumatlarına görə, onların çoxu yorğun haldadır”, - Rusiya XİN-in sözçüsü bildirib.
Zaxarova onu da deyib ki, Fransa hüquq-mühafizə orqanlarının küçə etirazları fonunda hərəkətləri hüquqi çərçivədə qalmalıdır:
"Rusiya Xarici İşlər Nazirliyi böhran vəziyyətindən və Fransada zorakılığın görünməmiş artımından hədsiz narahatlığını bildirir. Bu, müasir Fransa cəmiyyətinin artan problemlərinin və onda dərin ziddiyyətlərin olmasının bariz sübutudur. Hüquq-mühafizə orqanlarının hərəkətlərinin ciddi şəkildə hüquqi müstəvidə saxlanmasının vacibliyini, vətəndaşlara qarşı hər hansı formada polis zorakılığının yolverilməzliyini, xüsusən də bu, şəxsin etnik mənsubiyyətindən qaynaqlanırsa, vurğulamaq istərdik”, - deyə diplomat qeyd edib.
O vurğulayıb ki, Fransadakı vəziyyət ümumi Avropa qitəsində təhlükəsizliyi təhdid etməməlidir.
Rusiya XİN rəsmisi son vaxtlar Fransada ksenofobiyanın, miqrantlara qarşı düşmənçiliyin, antisemitizm təzahürlərinin artdığına da diqqət çəkib: “Fransa hakimiyyəti cəmiyyətin artan radikallaşması ilə ciddi şəkildə maraqlanmalı və ölkədə ksenofobiya və irqçi əhval-ruhiyyənin artmasına daha diqqətlə yanaşmalıdır. Biz ölkə hakimiyyətini Fransanı ayağa qaldıran qətlin səbəblərini dərhal müəyyən etməyə və günahkarların cəzalandırılması üçün lazımi tədbirlər görməyə çağırırıq”, deyə Zaxarova fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.