SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Əliyevlə görüşdən əvvəl bəyanat verdi: "Sülh müqaviləsi üçün şərait yetişməyib"

© AP PhotoNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmağa hazır deyil, eyni zamanda bunun üçün şərait yetişməyib.
BAKI, 6 iyun - Sputnik. Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.
Bunu Nikol Paşinyan iyulun 6-da hökumətin iclasında deyib.
Onun sözlərinə görə, görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.
Paşinyan onu da deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmağa hazır deyil, eyni zamanda bunun üçün şərait yetişməyib:
"Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq".
Baş nazir həmçinin əlavə edib ki, Ermənistanla Azərbaycan arasında bütün məsələlər diplomatik yolla həll olunmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0