https://sputnik.az/20230706/noyabrin-birinedek-butun-tustu-bacalari-yoxlanilacaq-456567609.html
Noyabrın birinədək bütün tüstü bacaları yoxlanılacaq?
Noyabrın birinədək bütün tüstü bacaları yoxlanılacaq?
Sputnik Azərbaycan
2023-cü ilin noyabrın 1-dən 2024-cü ilin noyabrın 1-dək isə bütün mənzil və sənaye obyektlərində müayinələrin həyata keçirilməsi tam təmin olunacaq. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T18:33+0400
2023-07-06T18:33+0400
2023-07-06T19:07+0400
tüstü
cəmiyyət
qaz
"azəriqaz"
"azəriqaz" istehsalat birliyi
https://cdnn1.img.sputnik.az/img/42318/27/423182705_0:0:3002:1690_1920x0_80_0_0_31a2d1131c691aa912b4234200ef6d13.jpg
BAKI, 6 iyul — Sputnik. Tüstü bacaları ilə bağlı yeni qaydalar müəyyənləşib. Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qaz paylayıcısının işçiləri istehlakçıya beş iş günü əvvəldən sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə) bu Qaydada nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməlidirlər. Maraqlıdır, noyabrın 1-dək bütün ölkə üzrə tüstü bacaları yoxlanılacaq? "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, mənzildaxili müayinələrin keçirilməsinə istehlakçılar tərəfindən şərait yaradılmalıdır: "Ölkə başçısının təqdimatı əsasında qaz təchizatı ilə bağlı qanuna dəyişiklik edilib. Bu dəyişikliklərə görə mənzildaxili müayinələrin aparılması qaz paylayıcısının səlahiyyətlərinə verilib. Həmin qanuna əsasən Nazirlər Kabineti qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını təsdiq edib". Birliyin qeydinə görə, istehlakçılar tərəfindən mənzildaxili müayinələrin keçirilməsinə şərait yaradılmalıdır. İstehlakçı qaz paylayıcısının işçilərini müayinə üçün evinə, tikinti obyektinə buraxmadıqda, yaxud da müayinəyə mane olduqda qarşı tərəf bu barədə müvafiq aktda məlumat üçün qeyd aparmaqla qazın verilişini dayandıra bilər. Qazın verilişi həmin mənzil və obyektdə müayinənin aparılmasına müvafiq şərait yaradıldıqdan sonra təmin oluna bilər. Qurumdan verilən məlumatda o da qeyd olunub ki, bu qaydalar 25 iyun 2023-cü ildə təsdiq edilib. Yəni bunadək müayinələrin keçirilməsi "Azəriqaz" İB-nin səlahiyyətində olmayıb: "Yeni qaydalara əsasən hər ilin 1 noyabrınadək mənzildaxili müayinələrin keçirilməsi başa çatdırılmalıdır. Lakin göründüyü kimi qaydalar iyulda təsdiqlənib. Noyabrın 1-dək "Azəriqaz" İB tərəfindən təsdiq olunan qrafiklərə əsasən müayinələrin həyata keçirilməsi təmin olunacaq. 2023-cü ilin noyabrın 1-dən 2024-cü ilin noyabrın 1-dək isə bütün mənzil və sənaye obyektlərində müayinələrin həyata keçirilməsi tam təmin olunacaq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42318/27/423182705_256:0:2915:1994_1920x0_80_0_0_61d07d41b3fc31676331372a0fed96a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tüstü, qaz, "azəriqaz", "azəriqaz" istehsalat birliyi
tüstü, qaz, "azəriqaz", "azəriqaz" istehsalat birliyi
Noyabrın birinədək bütün tüstü bacaları yoxlanılacaq?
18:33 06.07.2023 (Yenilənib: 19:07 06.07.2023) 2023-cü ilin noyabrın 1-dən 2024-cü ilin noyabrın 1-dək isə bütün mənzil və sənaye obyektlərində müayinələrin həyata keçirilməsi tam təmin olunacaq.
BAKI, 6 iyul — Sputnik. Tüstü bacaları ilə bağlı yeni qaydalar müəyyənləşib. Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qaz paylayıcısının işçiləri istehlakçıya beş iş günü əvvəldən sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə) bu Qaydada nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməlidirlər.
Maraqlıdır, noyabrın 1-dək bütün ölkə üzrə tüstü bacaları yoxlanılacaq?
"Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, mənzildaxili müayinələrin keçirilməsinə istehlakçılar tərəfindən şərait yaradılmalıdır:
"Ölkə başçısının təqdimatı əsasında qaz təchizatı ilə bağlı qanuna dəyişiklik edilib. Bu dəyişikliklərə görə mənzildaxili müayinələrin aparılması qaz paylayıcısının səlahiyyətlərinə verilib. Həmin qanuna əsasən Nazirlər Kabineti qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını təsdiq edib".
Birliyin qeydinə görə, istehlakçılar tərəfindən mənzildaxili müayinələrin keçirilməsinə şərait yaradılmalıdır. İstehlakçı qaz paylayıcısının işçilərini müayinə üçün evinə, tikinti obyektinə buraxmadıqda, yaxud da müayinəyə mane olduqda qarşı tərəf bu barədə müvafiq aktda məlumat üçün qeyd aparmaqla qazın verilişini dayandıra bilər. Qazın verilişi həmin mənzil və obyektdə müayinənin aparılmasına müvafiq şərait yaradıldıqdan sonra təmin oluna bilər.
Qurumdan verilən məlumatda o da qeyd olunub ki, bu qaydalar 25 iyun 2023-cü ildə təsdiq edilib. Yəni bunadək müayinələrin keçirilməsi "Azəriqaz" İB-nin səlahiyyətində olmayıb:
"Yeni qaydalara əsasən hər ilin 1 noyabrınadək mənzildaxili müayinələrin keçirilməsi başa çatdırılmalıdır. Lakin göründüyü kimi qaydalar iyulda təsdiqlənib. Noyabrın 1-dək "Azəriqaz" İB tərəfindən təsdiq olunan qrafiklərə əsasən müayinələrin həyata keçirilməsi təmin olunacaq. 2023-cü ilin noyabrın 1-dən 2024-cü ilin noyabrın 1-dək isə bütün mənzil və sənaye obyektlərində müayinələrin həyata keçirilməsi tam təmin olunacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.