https://sputnik.az/20230706/nazir-mekteb-direktorlarina-tam-musteqillik-verilmesi-dogru-olmaz-456549294.html
Nazir: Məktəb direktorlarına tam müstəqillik verilməsi doğru olmaz
Nazir: Məktəb direktorlarına tam müstəqillik verilməsi doğru olmaz
Sputnik Azərbaycan
Emin Əmrullayev deyib ki, yalançı elmi dərəcə alan adamların olduğu cəmiyyətdə müəllimlərə, direktoralara həvəsləndirici orden, medal və adların verilməsi... 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T14:28+0400
2023-07-06T14:28+0400
2023-07-06T14:28+0400
emin əmrullayev
təhsil
elm və təhsil nazirliyi
məktəb
məktəb direktoru
məktəb direktorları
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031248_0:0:3071:1728_1920x0_80_0_0_af81dafd9118bc8ee8661d0259865c02.jpg
BAKI, 6 iyul — Sputnik. Məktəb direktorlarına tam müstəqillik verilməsi doğru olmaz, çünki bu, bəzi neqativ hallara səbəb olur. Bunu Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib. Nazir qeyd edib ki, bu, təxminən 2000-ci illərin əvvəlinə qədər belə idi: "Həmin illərin statistikasına baxanda görürük ki, bəzi direktorlar məktəblərə kimləri müəllim kimi işə götürüb". E.Əmrullayev həmçinin deyib ki, yalançı elmi dərəcə alan adamların olduğu cəmiyyətdə müəllimlərə, direktoralara həvəsləndirici orden, medal və adların verilməsi çətindir. "Saxta yolla alim adı almış adamla, səmərəli, yaxud səmərəsiz alimi qarışdırmaq olmaz. Biz cəmiyyət olaraq, saxta yollarla bu cür dərəcələr almış adamları ifşa etməliyik", - nazir əlavə edib. O həmçinin qeyd edib ki, get-gedə sertifikasiya suallarının çətinlik həddi dəyişəcək: "Bu, zamanla olacaq. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar" Nazir deyib ki, Azərbaycan dili fənni ilə bağlı standartlarda kifayət qədər dəyişiklik edilib: "Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır".
https://sputnik.az/20230706/emin-emrullayev-cemiyyeti-savadsizliga-total-reaksiya-vermeye-cagirib-456550169.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031248_0:0:2731:2048_1920x0_80_0_0_bf5cf6ddc4917ee32a27cf338915e10d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, elm və təhsil nazirliyi, məktəb, məktəb direktoru, məktəb direktorları
emin əmrullayev, elm və təhsil nazirliyi, məktəb, məktəb direktoru, məktəb direktorları
Nazir: Məktəb direktorlarına tam müstəqillik verilməsi doğru olmaz
Emin Əmrullayev deyib ki, yalançı elmi dərəcə alan adamların olduğu cəmiyyətdə müəllimlərə, direktoralara həvəsləndirici orden, medal və adların verilməsi çətindir.
BAKI, 6 iyul — Sputnik. Məktəb direktorlarına tam müstəqillik verilməsi doğru olmaz, çünki bu, bəzi neqativ hallara səbəb olur.
Bunu Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu, təxminən 2000-ci illərin əvvəlinə qədər belə idi: "Həmin illərin statistikasına baxanda görürük ki, bəzi direktorlar məktəblərə kimləri müəllim kimi işə götürüb".
E.Əmrullayev həmçinin deyib ki, yalançı elmi dərəcə alan adamların olduğu cəmiyyətdə müəllimlərə, direktoralara həvəsləndirici orden, medal və adların verilməsi çətindir.
"Saxta yolla alim adı almış adamla, səmərəli, yaxud səmərəsiz alimi qarışdırmaq olmaz. Biz cəmiyyət olaraq, saxta yollarla bu cür dərəcələr almış adamları ifşa etməliyik", - nazir əlavə edib.
O həmçinin qeyd edib ki, get-gedə sertifikasiya suallarının çətinlik həddi dəyişəcək: "Bu, zamanla olacaq. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar"
Nazir deyib ki, Azərbaycan dili fənni ilə bağlı standartlarda kifayət qədər dəyişiklik edilib: "Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır".