https://sputnik.az/20230706/muellimlerin-maasi-3-defeden-cox-artirilib-sertifikasiyanin-neticeleri-ise-yaxsi-deyil-456546839.html
Müəllimlərin maaşı 3 dəfədən çox artırılıb, sertifikasiyanın nəticələri isə yaxşı deyil
Müəllimlərin maaşı 3 dəfədən çox artırılıb, sertifikasiyanın nəticələri isə yaxşı deyil
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T13:12+0400
2023-07-06T13:12+0400
2023-07-06T13:12+0400
emin əmrullayev
təhsil
elm və təhsil nazirliyi
müəllimlər
müəllimlərin işə qəbulu
sertifikasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402845_0:320:3072:2048_1920x0_80_0_0_e7839169fb271f74ea5047fe281706d2.jpg
BAKI, 6 iyul — Sputnik. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqında 3 dəfədən çox artım olub.Bunu Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib. Nazir qeyd edib ki, 2022-ci ilin yanvar və sentyabrında, 2023-cü ilin isə fevral və sentyabrında müəyyən artımlar olub. Yəni iki ildə əməkhaqqında 4 dəfə artıma doğru dəyişiklik olub. Emin Əmrullayev eyni zamanda bildirib ki, Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub. Nazir qeyd edib ki, Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşerov və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir: "Onlarda orta bal 40+dur". Sertifikatlaşdırma prosesindən danışan nazir həmçinin vurğulayıb ki, prosesin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Onun sözlərinə görə, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmaqdır: "İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib". Onun sözlərinə görə, sertifikasiya prosesində iştirak edən 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb. Nazir qeyd edib ki, müəllimlərdən 10 faizi isə 10-19 bal yığıb. E.Əmrullayev əlavə edib ki, 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402845_267:294:2606:2048_1920x0_80_0_0_39b1914418c95bf744b6f9bec129b5d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, elm və təhsil nazirliyi, müəllimlər, müəllimlərin işə qəbulu, sertifikasiya
emin əmrullayev, elm və təhsil nazirliyi, müəllimlər, müəllimlərin işə qəbulu, sertifikasiya
Müəllimlərin maaşı 3 dəfədən çox artırılıb, sertifikasiyanın nəticələri isə yaxşı deyil
Emin Əmrullayev bildirib ki, Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub.
BAKI, 6 iyul — Sputnik. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqında 3 dəfədən çox artım olub.
Bunu Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, 2022-ci ilin yanvar və sentyabrında, 2023-cü ilin isə fevral və sentyabrında müəyyən artımlar olub. Yəni iki ildə əməkhaqqında 4 dəfə artıma doğru dəyişiklik olub.
Emin Əmrullayev eyni zamanda bildirib ki, Daşkəsən, Ağcabədi, Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanın birinci mərhələsində uğursuz olub. Nazir qeyd edib ki, Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşerov və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir: "Onlarda orta bal 40+dur".
Sertifikatlaşdırma prosesindən danışan nazir həmçinin vurğulayıb ki, prosesin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Onun sözlərinə görə, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmaqdır:
"İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib".
Onun sözlərinə görə, sertifikasiya prosesində iştirak edən 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb. Nazir qeyd edib ki, müəllimlərdən 10 faizi isə 10-19 bal yığıb. E.Əmrullayev əlavə edib ki, 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.