https://sputnik.az/20230706/fransa-afrikada-herbi-movcudlugunu-guclendirmekde-qerarlidir---kastor-456553875.html
Fransa Afrikada hərbi mövcudluğunu gücləndirməkdə qərarlıdır - Kastor
Fransa Afrikada hərbi mövcudluğunu gücləndirməkdə qərarlıdır - Kastor
Sputnik Azərbaycan
Jean Viktor Kastor deyib ki, Fransanın geopolitik maraqları Afrika xalqlarını əsarətdə saxlamağa hesablanıb. 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T15:17+0400
2023-07-06T15:17+0400
2023-07-06T16:56+0400
afrika
siyasət
fransa
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439396257_0:0:3241:1824_1920x0_80_0_0_9b1e86ccc949b41148d7fc7204a4bcd4.jpg
BAKI, 6 iyul — Sputnik. Fransanın apardığı siyasət bizi geriyə aparır. Bunu Fransa Qvianası Milli Assambleyasının deputatı Jean Viktor Kastor bildirib. O qeyd edib ki, Fransa qvianalılara digərölkələrlə əməkdaşlıq qurmağa imkan vermir. "Fransa bizə yaxınlığımzdakı ölkələrlə əməkdaşlıq qurmağa imkan vermir. Bizim sərhədlərimiz var idi. Bu gün minlərlə kilometr ərazilər Fransanın nəzarəti altındadır. Fransa həmin ərazilərdə çox sayda hərbi bazalar yerləşdirib, yoxlama məntəqələri qurub. Fransa Afrika ölkələrində hərbi imkanlarını artırmaq istəyir. Açıq aydın deyirlər ki, özlərinin hərbi mövcudluqlarını gücləndirməkdə qərarlıdırlar", - Kastor deyib. O, Fransanın geopolitik maraqlarının Afrika xalqlarını əsarətdə saxlamağa hesablandığını da deyib. "Fransanın etdiyi cinayətlərdən heç söz açılmır. Bizə öz tarixi kimliyimizi öyrənməyə, mədəniyyətimizi qorumağa imkan vermirlər. Çünki bunlar bizim müstəqil siyasət yürütmək imkanlarımızı yarada bilərdi. Fransa BMT nizamnaməsində təsbit olunmuş yerli xalqların özünü qorumaqla bağlı təməl hüquqlarını icra etməsinə əngəl olur", - Kastor bildirib.Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda tədbir keçirilir. Burada Fransadan və onun bir sıra xarici ərazilərindən - Yeni Kaledoniyadan, Fransız Polineziyasından, Fransız Qvianasından, Martinikadan, Uollis və Futunadan, həmçinin Solomon adalarından yüksək vəzifəli məmurlar və siyasətçilər iştirak edirlər. Onlar öz çıxışlarında qeyd ediblər ki, Fransa öz keçmiş müstəmləkələrinin sakinlərinə quldarlıq dövründəki kimi yanaşır, neokolonial siyasət yürütməkdə davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230706/asim-mollazade-kolonial-siyasete-qarsi-birge-muqavimet-gostermeye-cagirdi-456551544.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439396257_510:0:3241:2048_1920x0_80_0_0_57c1e4835ff3a5cc36b147ed51e4943c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
afrika, fransa
Fransa Afrikada hərbi mövcudluğunu gücləndirməkdə qərarlıdır - Kastor
15:17 06.07.2023 (Yenilənib: 16:56 06.07.2023) Jean Viktor Kastor deyib ki, Fransanın geopolitik maraqları Afrika xalqlarını əsarətdə saxlamağa hesablanıb.
BAKI, 6 iyul — Sputnik. Fransanın apardığı siyasət bizi geriyə aparır. Bunu Fransa Qvianası Milli Assambleyasının deputatı Jean Viktor Kastor bildirib.
O qeyd edib ki, Fransa qvianalılara digərölkələrlə əməkdaşlıq qurmağa imkan vermir.
"Fransa bizə yaxınlığımzdakı ölkələrlə əməkdaşlıq qurmağa imkan vermir. Bizim sərhədlərimiz var idi. Bu gün minlərlə kilometr ərazilər Fransanın nəzarəti altındadır. Fransa həmin ərazilərdə çox sayda hərbi bazalar yerləşdirib, yoxlama məntəqələri qurub. Fransa Afrika ölkələrində hərbi imkanlarını artırmaq istəyir. Açıq aydın deyirlər ki, özlərinin hərbi mövcudluqlarını gücləndirməkdə qərarlıdırlar", - Kastor deyib.
O, Fransanın geopolitik maraqlarının Afrika xalqlarını əsarətdə saxlamağa hesablandığını da deyib.
"Fransanın etdiyi cinayətlərdən heç söz açılmır. Bizə öz tarixi kimliyimizi öyrənməyə, mədəniyyətimizi qorumağa imkan vermirlər. Çünki bunlar bizim müstəqil siyasət yürütmək imkanlarımızı yarada bilərdi. Fransa BMT nizamnaməsində təsbit olunmuş yerli xalqların özünü qorumaqla bağlı təməl hüquqlarını icra etməsinə əngəl olur", - Kastor bildirib.
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda tədbir keçirilir. Burada Fransadan və onun bir sıra xarici ərazilərindən - Yeni Kaledoniyadan, Fransız Polineziyasından, Fransız Qvianasından, Martinikadan, Uollis və Futunadan, həmçinin Solomon adalarından yüksək vəzifəli məmurlar və siyasətçilər iştirak edirlər. Onlar öz çıxışlarında qeyd ediblər ki, Fransa öz keçmiş müstəmləkələrinin sakinlərinə quldarlıq dövründəki kimi yanaşır, neokolonial siyasət yürütməkdə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.