Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Emin Əmrullayev sertifikasiya imtahanının nəticələri barədə

© Sputnik / Murad Orujovibtidai sinif
ibtidai sinif - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Elm və təhsil naziri bildirib ki, 2023-cü ildə ibtidai sinif üzrə sertifikasiya imtahanı üzrə müəllimlərin 55 faizi 30-50 bal, 35 faizi 0-29 bal, 10 faizi isə 51 bal və yuxarı bal toplayıb.
BAKI, 6 iyul — Sputnik. Sertifikasiya imtahanlarının birinci prosesi 2027-ci ildə yekunlaşacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
"Məqsədimiz müəllim heyətinin peşəkar fəaliyyətinə qatqı verməkdir. Həmçinin bu yöndə yeni yanaşmalar da tətbiq edəcəyik", - nazir əlavə edib.
Nazir deyib ki, 2022-2023-cü illərdə 38 min müəllim sertifikasiya imtahanında iştirak edib. O bildirib ki, 2023-cü ildə ibtidai sinif üzrə sertifikasiya imtahanı üzrə müəllimlərin 55 faizi 30-50 bal, 35 faizi 0-29 bal, 10 faizi isə 51 bal və yuxarı bal toplayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0