Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Əhaliyə qanunsuz verilən 5 min ha torpaq sahəsi geri qaytarılıb

© pixabay / DidgemanTorpaq sahəsi
Torpaq sahəsi - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Əhalinin hüquqi biliklərinin yüksəldilməsi məqsədilə milli qanunvericiliyin vahid elektron bazasına – e-qanun.az saytına daxilolmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artaraq 2.4 milyona çatıb.
BAKI, 6 iyul — Sputnik. 2023-cü ildə 49 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 1.800-dək aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 5.000 hektardan artıq torpaq sahəsinin geri qaytarıldığı bildirilib.
Məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş kollegiya iclasında ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq məhkəmə-hüquq sistemində də islahatların davam etdirildiyi bildirilib, vətəndaşların ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığının asanlaşdırılmasına xidmət edən rəqəmsal innovasiyaların geniş tətbiqinə toxunulub. Ötən ay ölkə üzrə tam tətbiqi başa çatdırılmış "Elektron məhkəmə" informasiya sistemi barədə video-çarx nümayiş etdirilərək məlumat verilib ki, e-məhkəmə sistemi məhkəməyə müraciət edilməsi anından qərarın icrasına qədər bütün prosesi əhatə edir. İddianın verilməsi, onun qeydiyyatı, rüsumların ödənilməsi, işlərin hakimlər arasında bölüşdürülməsi, tərəflərin dəvət edilməsi, elektron kabinetlərin yaradılması və onun vasitəsilə proses barədə məlumatların və məhkəmə sənədlərinin əldə edilməsi, habelə şikayətlərin verilməsi və s. məsələlər bu sistem vasitəsilə həyata keçirilir.
"Elektron məhkəmə" sisteminin ədalət mühakiməsinin əlçatanlığına, şəffaflığa, çevikliyə, vətəndaş məmnunluğuna xidmət etdiyi, həmçinin hakimlərin işini asanlaşdırmaqla işlərə daha keyfiyyətlə baxılmasına imkan yaratdığı qeyd olunub, onun funksionallığının artırılması, o cümlədən mühüm tərkib hissəsi olan "Elektron icra" sisteminin tətbiqinin genişləndirilməsi tapşırılıb.
Həmçinin nazirlik tərəfindən yaradılaraq əhalinin istifadəsinə verilmiş yeni "ƏN TEZ" (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti barədə məlumat verilib. Bildirilib ki, smart konsepsiya əsasında fəaliyyət göstərən bu innovativ xidmət vətəndaşlara heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılaraq video-zəng vasitəsi ilə operatora müraciət etməklə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən ən sürətli şəkildə faydalanmaq imkanı verir.
Dövlət xidmətlərinin göstərilməsində ilk dəfə belə bir innovativ yanaşmanın tətbiqi vətəndaş məmnunluğunu təmin edərək artıq insanların "ƏN TEZ" xidmətindən bəhrələndiyi bildirilib, fəaliyyətinə dair video-çarxlar və bukletlər nümayiş etdirilərək onun tətbiqi dairəsinin artırılması, əhalinin daha geniş məlumatlandırılması ilə bağlı aidiyyəti göstərişlər verilib.
İclasda ədliyyə fəaliyyətinin əsas istiqamətləri üzrə cari ilin birinci yarımilində görülmüş işlər ətraflı təhlil olunaraq məlumat verilib ki, respublikamızda aparılan geniş qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən nazirlik tərəfindən cari ildə 2.200-dən artıq hüquqi akt layihəsi hazırlanıb və ya ekspertizadan keçirilib. Əhalinin hüquqi biliklərinin yüksəldilməsi məqsədilə milli qanunvericiliyin vahid elektron bazasına – e-qanun.az saytına daxilolmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artaraq 2.4 milyona çatıb.
Dövlət başçısının tapşırığına uyğun olaraq vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə qayğı və həssaslıqla yanaşılaraq cari ildə 7.700-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə, habelə virtual qaydada qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0