Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Deputat ölkəmizdə dərman vasitələrinin qıtlığının səbəbini açıqlayıb

© Sputnik / Олег Ласточкинdərman
dərman  - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Rəşad Mahmudov bildirib ki, Türkiyə kimi dərman istehsalında dünyada 21-ci yerdə olan bir ölkə ehtiyacı olan dərmanların 80%-ni idxal edir
BAKI, 6 iyul — Sputnik. Dərman vasitələrinin ölkəmizdə qıtlığının bir çox səbəbləri var. Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
Nazir müavini bildirib ki, burada səbəblərin əsas ikisi mühüm əhəmiyyət kəsb edir. O bildirib ki, bunlardan birincisi beynəlxalq bazarlarda baş verən qeyri-stabillikdir. Rusiya-Ukrayna arasında olan hərbi əməliyyatlar, enerji daşıyıcılarının bahalaşması və s bütün sahələrdə olduğu kimi dərman vasitələrinin istehsalına da mənfi təsirini göstərir:
"Bəzi hallarda istehsalçılar öz öhdəliklərini yerinə yetirməkdən imtina edir və ya gecikdirirlər. Son zamanlar dünya bazarında olan stabilləşmə bizə imkan verir ki, yerli idxalçılar etibarlı təchizat zəncirini təmin etsinlər. İkinci əsas məsələ hazırda qüvvədə olan qanunvericiliyin günün tələblərinə cavab verməməsidir. Hesab edirik ki, qanuna düzəlişlər qəbul olunarsa, qeydiyyat prosesi sadələşəcək və sürətlənəcək".
Nazir müavini vurğulayıb ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Tarif Şurası tərəfindən beynəlxalq sistem tətbiq edilir, bu, bir sıra inkişaf etmiş ölkələrdə də tətbiq edilir. Nazir müavini bildirib ki, dərman vasitələrinin Tarif Şurası tərəfindən qiymətlərinin tənzimlənməsi indiki halda ən uyğun yoldur:
"Səhiyyə Nazirliyi Tarif Şurası və digər aidiyyəti qurumlarla əməkdaşlıq edir. Hazırda Tarif Şurası sağlamlıq baxımından əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətinə yenidən baxır".
Səhiyyə nazirinin müavini Rasim İsmayılov keyfiyyətsiz dərmanların ölkəyə necə gətirildiyinə aydınlıq gətirib. Rasim İsmayılov qeyd edib ki, onların hər hansı xəstəliyin müalicəsində təsiri bəzi hallarda azdır, bəzi hallarda isə ümumiyyətlə təsir etmir:
"Bu da vətəndaşda fikir yaradır ki, dərmanlar keyfiyyətsizdir. İkincisi, şəxsi istifadə üçün gətirilən dərmanlar da hamısı şəxsi məqsəd üçün gətirilmir. Bəzi hallarda bu, şəxsi maraq üçün gətirilir və satışı təşkil edilir. Bu, çox ciddi məsələdir. Bununla bağlı həm Gömrük Komitəsi, həm də AQTA ilə birlikdə işlər görülməlidir".
Spiker Sahibə Qafarova nazir müavininin bəzi hallarda şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılması ilə bağlı çıxışına toxunub: "Bununla bağlı apardığınız işlərlə bağlı Milli Məclisə və Səhiyyə komitəsinə məlumat verilsin. Siz qeyd etdiniz ki, bununla bağlı mübarizə tədbirləri görülür".
Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, Azərbaycan və Türkiyə arasında dərman qiymətləri hər zaman müqayisə edilir. Amma Türkiyə kimi dərman istehsalında dünyada 21-ci yerdə olan bir ölkə ehtiyacı olan dərmanların 80%-ni idxal edir.
Deputat vurğulayıb ki, dərmanın qiyməti qədər keyfiyyəti də önəmlidir. Rəsmi nümayəndəlik heç bir zaman satışla məşğul olmur: "Burada rəsmi nümayəndəliyin funksiyaları başqadır. İlk onluqda olan rəsmi nümayəndəliklərin fəaliyyətinə qiymət verərkən biz keyfiyyət standartları qoymadığımız üçün bir çox rəsmi nümayəndəliklər ölkəmizdən getdi. Amma bu dəyişikliklərdən sonra rəsmi nümayəndəliklər yenidən ölkəmizə gələcək. Dərmanlarla bağlı firma adı altında hədəfə alınan şirkətlərlə rəsmi nümayəndəlikləri qarışdırmamaq lazımdır. Rəsmi nümayəndəliklər ölkə üçün dərman cəhətdən təhlükəsizlik təminatıdır".
Rəşad Mahmudov qeyd edib ki, rəsmi nümayəndəliklərin ölkəmizdə açılmasına nail olmalıyıq: "Türkiyə bununla vəziyyətdən çıxdı. Digər tərəfdən, bizim apteklərdə kifayət qədər ixtisaslı əczaçı yoxdur. Həkim sadəcə, dərmanın tərkibini yazsa, aptekdə onu tam bilən kadrlar kifayət qədər deyil. Bu da pis nəticələr verə bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov  - Sputnik Azərbaycan, 1920, 06.07.2023
SƏHİYYƏ
Əhliman Əmiraslanov nazir müavininin keyfiyyətsiz dərmanlarla bağlı dediyinə etiraz edib
Xəbər lenti
0