https://sputnik.az/20230706/deputat-minatemizlemenin-18-ci-dayaniqli-nkisaf-meqsedi-olmasina-nail-olacagiq-456564359.html
Deputat: Minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olmasına nail olacağıq
Deputat: Minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olmasına nail olacağıq
Sputnik Azərbaycan
Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı isə Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının... 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T21:25+0400
2023-07-06T21:25+0400
2023-07-06T21:25+0400
mina
cəmiyyət
ermənistan
qoşulmama hərəkatı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438622829_0:254:2737:1794_1920x0_80_0_0_299525edec7768f7f4b1a7f6058d2902.jpg
BAKI, 6 iyul — Sputnik. Azərbaycan 2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil qərarı ilə təşkilata sədr seçiləndə bəziləri bu təşkilatın və bu təşkilata rəhbərliyin strateji əhəmiyyətini düzgün qiymətləndirə bilmədilər. İkinci Qarabağ müharibəsi zamanı və 2022-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında məhz Qoşulmama Hərəkatı ölkələrinin dəstəyi ilə Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısı alındı. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov bildirib. Deputat deyib ki, BMT-dən sonra ən böyük üzvə malik ikinci beynəlxalq təşkilat Qoşulmama Hərəkatıdır, onun 120 üzvü var: "Nəzərə alsaq ki, hazırda BMT adekvat olmayan fəaliyyəti ilə yeni dünya nizamında öz səmərəliliyini itirib, bu gün tam əminliklə demək olar ki, Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatına rəhbərlik edir. Bu isə Azərbaycanın təkcə regional formatda deyil, həm də yeni dünya nizamında tutduğu güclü mövqeyini göstərir. Bütün bu uğurlar isə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Azərbaycan göstərdi ki, qlobal problemlərə qarşı səyləri birləşdirmək ona qarşı mübarizə aparmağın ən effektiv üsuludur. Azərbaycan Prezidentinin təşəbbüsü ilə təşkilatın institusional davamlılığını təmin etmək üçün Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradıldı. İndi isə qadınlar şəbəkəsi yaradılacaq. Dünən təşkilatın Əlaqələndirici Bürosunun nazirlər görüşündə Prezident bir neçə qlobal məsələ barədə korrekt və hədəfli mesajlar verdi. Bunlardan biri də Ermənistanın işğalının mənfi fəsadı olan minalarla bağlıdır". Kamal Cəfərov qeyd edib ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı isə Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Minalar, eyni zamanda yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir:"Bunu nəzərə alaraq, Azərbaycan özü milli Dayanıqlı İnkişaf Məqsədini müəyyənləşdirib, eyni zamanda qlobal səviyyədə də minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürüb. Biz deputatlar olaraq beynəlxalq təşkilatlar çərçivəsində və ya iki tərəfli münasibətlər çərçivəsində həmişə mina problemini qaldırmışıq. Ancaq Prezident bu sahədə həyata keçirdiyimiz parlament diplomatiyası üçün dəqiqləşmiş hədəf qoydu. Biz də çalışmalıyıq ki, müxtəlif beynəlxalq sənədlər, yazılı bəyanatlar, hesabatlar və müxtəlif alətlər vasitəsilə minatəmizləməni 18-ci Dayanıqlı İnkişaf Məqsədi etməyə nail olaq. Minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olmasına nail olacağıq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438622829_4:0:2733:2047_1920x0_80_0_0_277b4f5b3554c9979545f01eded6ff6f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, ermənistan, qoşulmama hərəkatı
mina, ermənistan, qoşulmama hərəkatı
Deputat: Minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olmasına nail olacağıq
Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı isə Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır.
BAKI, 6 iyul — Sputnik. Azərbaycan 2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil qərarı ilə təşkilata sədr seçiləndə bəziləri bu təşkilatın və bu təşkilata rəhbərliyin strateji əhəmiyyətini düzgün qiymətləndirə bilmədilər. İkinci Qarabağ müharibəsi zamanı və 2022-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında məhz Qoşulmama Hərəkatı ölkələrinin dəstəyi ilə Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısı alındı.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov bildirib.
Deputat deyib ki, BMT-dən sonra ən böyük üzvə malik ikinci beynəlxalq təşkilat Qoşulmama Hərəkatıdır, onun 120 üzvü var:
"Nəzərə alsaq ki, hazırda BMT adekvat olmayan fəaliyyəti ilə yeni dünya nizamında öz səmərəliliyini itirib, bu gün tam əminliklə demək olar ki, Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatına rəhbərlik edir. Bu isə Azərbaycanın təkcə regional formatda deyil, həm də yeni dünya nizamında tutduğu güclü mövqeyini göstərir. Bütün bu uğurlar isə Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Azərbaycan göstərdi ki, qlobal problemlərə qarşı səyləri birləşdirmək ona qarşı mübarizə aparmağın ən effektiv üsuludur. Azərbaycan Prezidentinin təşəbbüsü ilə təşkilatın institusional davamlılığını təmin etmək üçün Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradıldı. İndi isə qadınlar şəbəkəsi yaradılacaq. Dünən təşkilatın Əlaqələndirici Bürosunun nazirlər görüşündə Prezident bir neçə qlobal məsələ barədə korrekt və hədəfli mesajlar verdi. Bunlardan biri də Ermənistanın işğalının mənfi fəsadı olan minalarla bağlıdır".
Kamal Cəfərov qeyd edib ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı isə Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Minalar, eyni zamanda yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir:
"Bunu nəzərə alaraq, Azərbaycan özü milli Dayanıqlı İnkişaf Məqsədini müəyyənləşdirib, eyni zamanda qlobal səviyyədə də minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürüb. Biz deputatlar olaraq beynəlxalq təşkilatlar çərçivəsində və ya iki tərəfli münasibətlər çərçivəsində həmişə mina problemini qaldırmışıq. Ancaq Prezident bu sahədə həyata keçirdiyimiz parlament diplomatiyası üçün dəqiqləşmiş hədəf qoydu. Biz də çalışmalıyıq ki, müxtəlif beynəlxalq sənədlər, yazılı bəyanatlar, hesabatlar və müxtəlif alətlər vasitəsilə minatəmizləməni 18-ci Dayanıqlı İnkişaf Məqsədi etməyə nail olaq. Minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olmasına nail olacağıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.