https://sputnik.az/20230706/bu-il-138-min-vetendasliq-veziyyeti-akti-qeydiyyata-alinib-456571425.html
Bu il 138 min vətəndaşlıq vəziyyəti aktı qeydiyyata alınıb
Bu il 138 min vətəndaşlıq vəziyyəti aktı qeydiyyata alınıb
Sputnik Azərbaycan
Cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, vətəndaş məmnunluğu doğuran "Mobil notariat"... 06.07.2023, Sputnik Azərbaycan
2023-07-06T18:20+0400
2023-07-06T18:20+0400
2023-07-06T19:22+0400
vətəndaşlıq
cəmiyyət
ədliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_0:105:2000:1230_1920x0_80_0_0_ca621627ef98fc3d6c50419a6a22f507.jpg
BAKI, 6 iyul — Sputnik. Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 2.5 milyona yaxın notariat hərəkəti aparılıb. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib. Məlumata görə, iclasda 138 mindən çox vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına alındığı bildirilib. Bu əməliyyatlarla ümumilikdə 6.6 milyon manat vəsaitin, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çox – 29 milyon manata yaxın sadələşdirilmiş verginin dövlət büdcəsinə köçürüldüyü vurğulanıb. O da qeyd olunub ki, cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, vətəndaş məmnunluğu doğuran "Mobil notariat" tətbiqi istifadəçilərinin sayı 33% çoxalaraq 600 minə çatıb. Həmçinin bildirilib ki, bu il azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 2022-ci ilin birinci yarımili ilə müqayisədə təxminən 70% çox vəsait ödətdirilib. Məlumata görə, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, cari ildə 2.200-dən çox şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_110:0:1890:1335_1920x0_80_0_0_f82ed551f44e3cd28a7dbdd325d09c9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vətəndaşlıq, ədliyyə nazirliyi
vətəndaşlıq, ədliyyə nazirliyi
Bu il 138 min vətəndaşlıq vəziyyəti aktı qeydiyyata alınıb
18:20 06.07.2023 (Yenilənib: 19:22 06.07.2023) Cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, vətəndaş məmnunluğu doğuran "Mobil notariat" tətbiqi istifadəçilərinin sayı 33% çoxalaraq 600 minə çatıb.
BAKI, 6 iyul — Sputnik. Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 2.5 milyona yaxın notariat hərəkəti aparılıb.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.
Məlumata görə, iclasda 138 mindən çox vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına alındığı bildirilib. Bu əməliyyatlarla ümumilikdə 6.6 milyon manat vəsaitin, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çox – 29 milyon manata yaxın sadələşdirilmiş verginin dövlət büdcəsinə köçürüldüyü vurğulanıb.
O da qeyd olunub ki, cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, vətəndaş məmnunluğu doğuran "Mobil notariat" tətbiqi istifadəçilərinin sayı 33% çoxalaraq 600 minə çatıb.
Həmçinin bildirilib ki, bu il azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 2022-ci ilin birinci yarımili ilə müqayisədə təxminən 70% çox vəsait ödətdirilib.
Məlumata görə, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, cari ildə 2.200-dən çox şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.