CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bahar Muradova sosial mediadan dəstək istədi

© Sputnik / Anar MustafayevMilli Məclis sədrinin müavini Bahar Muradova
Milli Məclis sədrinin müavini Bahar Muradova - Sputnik Azərbaycan, 1920, 06.07.2023
Abunə olmaq
Komitə sədri bildirib ki, məişət zorakılığı, istismar, erkən nikah, təhsildən yayınma, məcburi əməyə cəlbetmə və s. hallar insan hüquqlarının pozulması ilə nəticələnir.
BAKI, 6 iyul — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında ikinci İctimai Şura artıq fəaliyyətini başa çatdırıb. Artıq növbəti ictimai şuranın yeni tərkibi müəyyənləşib.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "İctimai iştirakçılıq: Təşəbbüslər və yeni çağırışlar" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu müddətdə komitə yanında fəaliyyət göstərən ictimai şuralarla birgə meydana çıxan problemlərə adekvat mövqe nümayiş etdirilib.
"Bundan sonrakı fəaliyyətdə də yeni təşəbbüslərlə çıxış etmək, ictimai fəalların rolunu artırmaq və vətəndaş cəmiyyətinin formalaşmasına dəstək vermək bizim üçün prioritet olacaq. Bütün bunlar həm də sosial medianın iştirakı, dəstəyi ilə reallaşmalıdır. Çünki bu gün sosial media bu və digər neqativləri ortaya qoya bilər", - Bahar Muradova deyib.
O bildirib ki, məişət zorakılığı, istismar, erkən nikah, təhsildən yayınma, məcburi əməyə cəlbetmə və s. bu kimi hallar insan hüquqlarını pozulması ilə nəticələnir.
Dövlət Komitəsinin sədri bildirib ki, bu kimi neqativ halları aradan qaldırılması istiqamətində birgə çalışmaq lazımdır.
B.Muradova bildirib ki, vətəndaş cəmiyyətinin nümayəndələri də bu məsələdə aktiv iştirak etməlidir: "Neqativ hallarla mübarizə aparmaq üçün maarifləndirmə dairəsi daha da genişləndirilməlidir".
"Bu gün bizim üçün prioritet olan bir sıra məsələlər var. Uşaqlara dair fəaliyyət planı, məişət zorakılığı ilə mübarizə bizim üçün çox əhəmiyyətlidir. Qeyd edim ki, məişət zotakılığı ilə bağlı komitə tərəfindən daimi olaraq addımlar atılır", - deyə B.Muradova vurğulayıb.
O qeyd edib ki, qarşıdakı aylarda Dövlət Komitəsinin iştirakçılığı ilə qadınların forumu keçiriləcək.
Komitə sədrinin sədrinin sözlərinə görə, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına dair hesabat hazırdır və müvafiq tövsiyələr verilib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin və fəaliyyətini başa çatdıran İctimai Şuranın sədri Sahib Məmmədov fəaliyyət planı ilə bağlı hesabatı açıqlayıb, bir sıra nöqsanlara toxunub:
"Mediada uşağın üzünün açıq şəkildə göstərilməsi halları var. Belə neqativ hallarla bağlı müraciətlərimiz olub".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə bildirib ki, agentlik ictimai iştirakçılığı təşviq edir və dəstəkləyir.
O, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin düzgün istiqamətdə qurulmasının vacibliyini diqqətə çatdırıb.
İctimai şuralarla bağlı fikirlərini bölüşən A.Əliyeva icra hakimiyyətlərində bu istiqamətdə vəziyyətin hazırda qənaətbəxş olduğunu, lakin əvvəllər əlçatanlığın təminatı üçün heç bir resursun olmadığını deyib. Əlavə edib ki, Agentliyin təşkil etdiyi görüşlərdən sonra bu nöqsanlar aradan qaldırılıb və əlçatanlıq təmin olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında yeni yaradılan İctimai Şuranın sədri Fariz Əkbərov növbəti iki il ərzində görüləcək işlərdən söz açıb. O, artıq üç işçi qrupunun yaradıldığını qeyd edib:
"Əlil, qazi və şəhid ailələrinə tibbi və sosial dəstək üçün işçi qrupu yaradılıb. Bundan başqa, ailə, qadın və uşaq məsələləri, ali təhsillə bağlı da işçi qrupları formalaşdırılıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0