Tüstü bacalarında müayinənin keçirilməsi qaydası müəyyənləşib - CƏDVƏL
© Depositphotos.com / Fodio55Tüstü bacası
© Depositphotos.com / Fodio55
Abunə olmaq
İstehlakçı ilə bağlı üzrlü səbəbdən bildirişdə qeyd edilmiş tarixdə müayinə keçirilə bilinmədikdə istehlakçı bildirişi qəbul etdiyi tarixdən 1 (bir) iş günü müddətində qaz paylayıcısına şifahi və ya yazılı formada müraciət edərək, müayinə tarixini razılaşdırmalıdır.
BAKI, 5 iyul — Sputnik. Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, müayinə istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qaz paylayıcısı tərəfindən ödənişsiz keçirilir.
Sahibkarlıq subyektlərinə münasibətdə müayinə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Qaz qurğuları, qaz xətləri və tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətləri üzrə müayinə müəyyən edilmiş hər müayinə predmeti üzrə müvafiq metodlara uyğun aparılır.
Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəldən sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə) bu Qaydada nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməlidirlər.
Bildirişdə müayinənin keçiriləcəyi tarix, məqsədi və ödənişsiz aparılması, tərəflərin hüquq və vəzifələri, müayinənin nəticələrindən asılı olaraq istehlakçının həyata keçirməli olduğu tədbirlər barədə Qanunun tələbləri, habelə istehlakçı qaz paylayı- cısının işçilərini onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə müayinə üçün buraxmadıqda və ya müayinə keçirməsinə maneə törətdikdə və müayinənin keçirilməsinə şərait yaratmadıqda, qaz paylayıcısının qazın verilişini dayandırmaq hüququ, bildirişi imzalayan şəxs barədə məlumatlar əks etdirilir.
Qaz paylayıcısının işçiləri istehlakçıların mülkiyyətində və ya istifadəsində olan tikinti obyektlərinə daxil olarkən, qaz paylayıcısı tərəfindən ona verilmiş xidməti vəsiqəni mütləq istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış çatmış ailə üzvlərindən birinin) iştirakı ilə bu Qayda ilə müəyyən edilmiş 2 (iki) nüsxədən ibarət olan aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.
İstehlakçı qaz paylayıcısının işçilərini onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə müayinə üçün buraxmadıqda və ya müayinə keçirməsinə maneə törətdikdə və müayinənin keçirilməsinə şərait yaratmadıqda, qaz paylayıcısı bu barədə müvafiq aktda qeyd aparmaqla qazın verilməsini dayandıra bilər.
İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə, istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. Təkrar müayinə qaz paylayıcısı tərəfindən ödənişsiz keçirilir. İstehlakçı təkrar müayinə üçün il (ardıcıl on iki ay) müddətində 1 (bir) dəfədən çox müraciət etdikdə, növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanılmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmət göstərilməsi zərurəti yarandıqda, qanunda nəzərdə tutulmuş tədbirlər görülməlidir. İstehlakçının müraciəti əsasında aparılan təkrar müayinə ilə bağlı bu Qaydaya uyğun olaraq akt tərtib edilir.
Qaz paylayıcısı təkrar müayinənin aparılmasından imtina etdikdə istehlakçı 1 (bir) iş günü ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 214 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası" ilə müəyyən edilmiş nəzarət orqanlarına məlumat verməlidir.
müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qanunda nəzərdə tutulmuş tədbirlər görülür.
İstehlakçı ilə bağlı üzrlü səbəbdən bildirişdə qeyd edilmiş tarixdə müayinə keçirilə bilinmədikdə istehlakçı bildirişi qəbul etdiyi tarixdən 1 (bir) iş günü müddətində qaz paylayıcısına şifahi və ya yazılı formada müraciət edərək, bu Qaydada nəzərdə tutulan tarixdən gec olmayaraq müayinə tarixini razılaşdırmalıdır.
İstehlakçı tərəfindən qaz paylayıcısının işçilərinə müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə müayinənin keçirilməsinə şərait yaradılmaması səbəbindən müayinənin keçirilmədiyi hallarda qazın verilməsi dayandırılır və istehlakçı qaz paylayıcısına şifahi və ya yazılı formada müraciət etdikdən sonra 1 (bir) iş günü müddətində müayinənin keçirilməsi təmin edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.