Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Tbilisidə Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərləri görüşüb

© Mark Wilson / Getty Images / AFPməmur
məmur - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
Tərəflər ölkələr arasında mövcud strateji tərəfdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluqlarını ifadə ediblər.
BAKI, 5 iyul — Sputnik. Tbilisidə səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və deputat Rauf Əliyev Gürcüstan parlamentinin vitse-spikeri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze ilə görüşüb.
Tərəflər ölkələr arasında mövcud strateji tərəfdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluqlarını ifadə ediblər.
Söhbət zamanı Arçil Talakvadze Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. Öz növbəsində Arzu Nağıyev Gürcüstanın Azərbaycanın yaxın dostu və tərəfdaşı olduğunu, hər iki ölkənin rəhbərliyi arasında etimad və məhsuldar əməkdaşlığın olduğunu vurğulayıb (APA).
Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak edib.
Xatırladaq ki, martın 6-da Tbilisidə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0