SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İslamofobiya ifadə azadlığıdırmı?

© AFP 2024 / JUSTIN TALLISİslamofobiya azadlıq deyil plakatı
İslamofobiya azadlıq deyil plakatı - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
Təəssüf doğuran məqam odur ki, dövlət orqanları, təhlükəsizlik qüvvələri bu proseslərə müdaxilə etmir, təhqiramiz hərəkətlərə yol verən şəxslərə dayaq olurlar.
BAKI, 5 iyul — Sputnik. İsveçin paytaxtı Stokholmda Qurban bayramının ilk günü "Stokholm" məscidinin qarşısında İraq əsilli Salvan Momika polisin müşayiəti ilə "Quran"ı ayaqlar altına ataraq, yandırıb. Hadisənin törədilməsi İslam aləmində hiddətlə qarşılanıb.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr islamın simvollarını təhqir edən təkrar hərəkətlərə son qoymaq üçün kollektiv fəaliyyətə çağırıb.
Qeyd edək ki, bu, Avropada İslam simvollarının və müqəddəslərinə qarşı yönəlmiş ilk hal deyil. Müxtəlif vaxtlarda Qərb ölkələrində İslama yönəlmiş hərəkətlər olub.
Avropada islamofobiyanın artdığı bir şəraitdə müxtəlif rəsmi şəxslər bunu ifadə azadlığı kimi təqdim edirlər. Konkret olaraq NATO Baş katibi Yens Stoltenberq "Quran"ın yandırılması aksiyasını ifadə azadlığı adlandırıb.
Bəs Avropada islamofobiya niyə artır və "Quran"ın yandırılması ifadə azadlığıdırmı?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıb.
Politoloq bildirib ki, islamofobiya termini geniş yayılıb və bu, Avropa üçün yad deyil:
"Səlib yürüşlərindən tutmuş, bu günə qədər İslam aləminə aid müqəddəslərə yönəlik müxtəlif hərəkətlər baş verib. "Quran"ın yandırılması, İslam Peyğəmbərinin təhqir olunması təəssüf doğuran hallardır. Dünyanın dinlərarası vəhdətə can atmalı olduğu bir zamanda bu cür bölücülük halları müşahidə edilir".
İ.Hüseynov bildirib ki, hazırda İslam dəyərlərinin məhv edilməsi istiqamətində genişmiqyaslı addımlar atılır. Onun sözlərinə görə, baş verənlərə münasibət bildirmək də faydasız olur. Çünki bütün qınaqlara baxmayaraq, Avropada, ümumən Qərbdə bu hadisələrin təkrar baş verməsinə yol verilir. Təəssüf doğuran məqam odur ki, dövlət orqanları, təhlükəsizlik qüvvələri bu proseslərə müdaxilə etmir, təhqiramiz hərəkətlərə yol verən şəxslərə dayaq olurlar.
"Təbii ki, məsuliyyətdən azad olduğunu bilən istənilən islamofob şəxs Avropada bu rəzil addımlarını həyata keçirmək üçün özlərini sərbəst hiss edirlər. Bu baxımdan hesab edirəm ki, Ərəb və müsəlman dünyası buna kəskin münasibətini ifadə etməlidir. Eyni zamanda dünyəvi dəyərlərin daşıyıcıları da buna münasibət bildirməlidir. Hesab edirəm ki, törədilmiş əmələ hüquqi müstəvidə münasibət bildirilsə, bu kimi halların qarşısını almaq mümkün olar. Əks halda, bu cür hərəkətlərin genişlənməsi sivilizasiyalararası toqquşmalara gətirib çıxaracaq", - deyə politoloq bildirib.
İ.Hüseynovun sözlərinə görə, bu cür hərəkətləri demokratiya, ifadə azadlığı, liberal dəyərlərin ifadəsi kimi təqdim etmək cəhdləri də cinayətdir: "İfadə azadlığı hansısa dinin müqəddəs kitabına od vurulması demək deyil".
Xəbər lenti
0