https://sputnik.az/20230705/ran-xn-rehberi-azerbaycanin-ucterefli-beyanatin-icrasina-sadiq-oldugunu-bildirib-456526414.html
İran XİN rəhbəri Azərbaycanın üçtərəfli bəyanatın icrasına sadiq olduğunu bildirib
İran XİN rəhbəri Azərbaycanın üçtərəfli bəyanatın icrasına sadiq olduğunu bildirib
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, o, Prezident İlham Əliyevlə görüşdə Azərbaycan tərəfinin üçtərəfli bəyanatın icrasına sadiq olduğunu başa düşüb. 05.07.2023, Sputnik Azərbaycan
2023-07-05T16:35+0400
2023-07-05T16:35+0400
2023-07-05T16:38+0400
siyasət
iran xin
qoşulmama hərəkatının nazirlər konfransı
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456522309_0:156:3000:1844_1920x0_80_0_0_eb68df48be84df23b8408aeafe0930ac.jpg
BAKI, 5 iyul — Sputnik. Biz Ukraynadakı müharibənin bitməsi ilə bağlı dəfələrlə çağırış etmişik. Bu müharibə bitməlidir. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurası nazirlərinin iclasında çıxışı zamanı deyib. Nazir, İranın Cənubi Qafqaz regionunda mübahisələrin sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıb. O, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini vurğulayıb. Nazirin sözlərinə görə, o, Prezident İlham Əliyevlə görüşdə Azərbaycan tərəfinin üçtərəfli bəyanatın icrasına sadiq olduğunu başa düşüb. Abdullahiyan əlavə edib ki, Azərbaycan üçtərəfli bəyanatda əksini tapan kommunikasiya və nəqliyyat yollarının açılmasını dəstəkləyir. "Bu regionun tranzit baxımından böyük potensialı var. İran bu hədəfi, potensialı reallaşdırmaq üçün əməkdaşlığı dəstəkləyir", - xarici işlər naziri bəyan edib. XİN rəhbəri, İranın hər zaman regionda sərhədlərin dəyişməsinə qarşı olduğunu qeyd edib (APA). Qeyd edək ki, bu gündən iki gün olmaqla Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısına start verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456522309_167:0:2834:2000_1920x0_80_0_0_58a51596a9b9cbf86a5cda45ce1e8342.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran xin, qoşulmama hərəkatının nazirlər konfransı
iran xin, qoşulmama hərəkatının nazirlər konfransı
İran XİN rəhbəri Azərbaycanın üçtərəfli bəyanatın icrasına sadiq olduğunu bildirib
16:35 05.07.2023 (Yenilənib: 16:38 05.07.2023) Nazirin sözlərinə görə, o, Prezident İlham Əliyevlə görüşdə Azərbaycan tərəfinin üçtərəfli bəyanatın icrasına sadiq olduğunu başa düşüb.
BAKI, 5 iyul — Sputnik. Biz Ukraynadakı müharibənin bitməsi ilə bağlı dəfələrlə çağırış etmişik. Bu müharibə bitməlidir.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurası nazirlərinin iclasında çıxışı zamanı deyib.
Nazir, İranın Cənubi Qafqaz regionunda mübahisələrin sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıb.
O, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini vurğulayıb.
Nazirin sözlərinə görə, o, Prezident İlham Əliyevlə görüşdə Azərbaycan tərəfinin üçtərəfli bəyanatın icrasına sadiq olduğunu başa düşüb.
Abdullahiyan əlavə edib ki, Azərbaycan üçtərəfli bəyanatda əksini tapan kommunikasiya və nəqliyyat yollarının açılmasını dəstəkləyir.
"Bu regionun tranzit baxımından böyük potensialı var. İran bu hədəfi, potensialı reallaşdırmaq üçün əməkdaşlığı dəstəkləyir", - xarici işlər naziri bəyan edib.
XİN rəhbəri, İranın hər zaman regionda sərhədlərin dəyişməsinə qarşı olduğunu qeyd edib (APA).
Qeyd edək ki, bu gündən iki gün olmaqla Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısına start verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.