Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident: Ehtiyacı olan ölkələrə yardım etmək Azərbaycanın sədrliyinin prioriteti idi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
"Hərəkatın institusional inkişafı və gənclər təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. İnstitusional davamlılığa doğru bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosunun nazirlər iclasının açılış mərasimində çıxışında bildirib.
"Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin növbəti prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ikitərəfli qaydada və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19-la bağlı maliyyə və humanitar yardım göstərib. Azərbaycan ÜST-ə 10 mln. ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz həmçinin 5 ölkəni peyvəndlə təmin etmişik. Bakıdakı mart sammiti zamanı Afrika, həmçinin inkişaf etməkdə olan ada ölkələrinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış etdim. Azərbaycan hər iki çağırış üçün 1 milyon dollar ayırıb”.
Xəbər lenti
0