Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev: Fransa neokolonializmi hələ də davam etdirən ölkələrdən biridir

İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
"Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına töhfəsini verməlidir".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilən nazirlər iclasında söyləyib.
"Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır", - Prezident deyib.
Onun sözlərinə görə, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.
"Fransa həmin xalqların hüquqlarına hörmət etməlidir. Fransanın soyqırımla müşahidə edilən hakimiyyəti dönəmində 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri hərbi qənimət kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qalıqları Əlcəzairə təhvil verməsini tələb edirik", - İlham Əliyev bəyan edib.
Xəbər lenti
0