https://sputnik.az/20230705/hurriyet-quranin-yandirilmasi-aksiyasi-svecin-nato-ya-uzvluyu-ucun-problem-yaradib-456516151.html
"Hürriyət": Quranın yandırılması aksiyası İsveçin NATO-ya üzvlüyü üçün problem yaradıb
"Hürriyət": Quranın yandırılması aksiyası İsveçin NATO-ya üzvlüyü üçün problem yaradıb
Sputnik Azərbaycan
Stokholmun hərəkətlərinə yalnız Türkiyə deyil, bütün İslam dünyası da qarşı çıxır. 05.07.2023, Sputnik Azərbaycan
2023-07-05T15:51+0400
2023-07-05T15:51+0400
2023-07-05T15:51+0400
quran
dünya xəbərləri
yandırılma
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456509144_0:160:3072:1888_1920x0_80_0_0_31429a955b3d93772c956f4db5d23899.jpg
BAKI, 5 iyul — Sputnik. Stokholmda Quranın təhqir edilməsi və yandırılması ilə keçirilən aksiya İsveçə NATO-ya üzv olması üçün strateji problem yaradıb. Bu barədə Türkiyənin "Hürriyet" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Qurban bayramının qeyd olunduğu bir vaxtda Stokholmdakı ən böyük məscidin qarşısında Quranın yandırılması aksiyası İslam dininə etiqad edən əhalinin böyük hissəsi olan ölkələrdə mənfi reaksiyaya səbəb olub. Eyni zamanda, mənbənin sözlərinə görə, NATO yenə də İsveçin Alyansa qoşulması üçün ona qapıları açmağa hazırlaşır. Xatırladaq ki, Avropa İttifaqı (Aİ) İsveçi Müqəddəs Kitabı yandırdığına görə qınasa da, bəyanatını din və inanc azadlığını müdafiə etməyə davam etmək istəyi ilə yekunlaşdırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində isveçlilərin hərəkətini "İslam düşmənlərinin alçaqlığı" adlandırıb və islamofobiya məsələsi bağlanana qədər İsveçin NATO-ya üzv olmasına icazə verməyəcəyini açıq şəkildə bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456509144_171:0:2902:2048_1920x0_80_0_0_26482d52b277e09928530f61738e7797.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
quran, yandırılma
"Hürriyət": Quranın yandırılması aksiyası İsveçin NATO-ya üzvlüyü üçün problem yaradıb
Stokholmun hərəkətlərinə yalnız Türkiyə deyil, bütün İslam dünyası da qarşı çıxır.
BAKI, 5 iyul — Sputnik. Stokholmda Quranın təhqir edilməsi və yandırılması ilə keçirilən aksiya İsveçə NATO-ya üzv olması üçün strateji problem yaradıb.
Bu barədə Türkiyənin "Hürriyet" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qurban bayramının qeyd olunduğu bir vaxtda Stokholmdakı ən böyük məscidin qarşısında Quranın yandırılması aksiyası İslam dininə etiqad edən əhalinin böyük hissəsi olan ölkələrdə mənfi reaksiyaya səbəb olub.
"Son hadisələr istər-istəməz İsveçin yarada biləcəyi strateji və təhlükəsizlik problemini ön plana çıxardıb. Stokholmun hərəkətlərinə yalnız Türkiyə deyil, bütün İslam dünyası da qarşı çıxır", - məqalədə qeyd edilib.
Eyni zamanda, mənbənin sözlərinə görə, NATO yenə də İsveçin Alyansa qoşulması üçün ona qapıları açmağa hazırlaşır.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) İsveçi Müqəddəs Kitabı yandırdığına görə qınasa da, bəyanatını din və inanc azadlığını müdafiə etməyə davam etmək istəyi ilə yekunlaşdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində isveçlilərin hərəkətini "İslam düşmənlərinin alçaqlığı" adlandırıb və islamofobiya məsələsi bağlanana qədər İsveçin NATO-ya üzv olmasına icazə verməyəcəyini açıq şəkildə bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.