https://sputnik.az/20230705/coxsayli-vetendasi-herbi-xidmetden-yayindiran-sexs-cinayet-mesuliyyetine-celb-edilib-456533229.html
Çoxsaylı vətəndaşı hərbi xidmətdən yayındıran şəxs cinayət məsuliyyətinə cəlb edilib
Çoxsaylı vətəndaşı hərbi xidmətdən yayındıran şəxs cinayət məsuliyyətinə cəlb edilib
Sputnik Azərbaycan
İş üzrə toplanan sübutlar əsasında Siruz İbadova Cinayət Məcəlləsinin 178.2.2 və 320.1-ci maddələrilə ittiham elan edilərək təqsirəndirilən şəxs qismində... 05.07.2023, Sputnik Azərbaycan
2023-07-05T20:40+0400
2023-07-05T20:40+0400
2023-07-05T20:40+0400
cinayət
cəmiyyət
səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/41154/42/411544254_0:0:2000:1125_1920x0_80_0_0_cd45607f9dea697aa4d6fae4c874e10b.jpg
BAKI, 5 iyul — Sputnik. Saxta sənədlər hazırlamaqla vətəndaşların hərbi xidmətə çağırışdan yayındırılması faktları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. İstintaqla Siruz İbadovun sosial şəbəkədə yaratdığı "Asangroup Xaricdə Təhsil" adlı səhifə vasitəsilə ona müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq vətəndaşların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmasına dair saxta arayışlar hazırlaması, bu yolla da vətəndaşlara hərbi xidmətə çağırışdan möhlət verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanan sübutlar əsasında Siruz İbadova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 320.1-ci (hüquq verən və vəzifədən azad edən rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələrilə ittiham elan edilərək təqsirəndirilən şəxs qismində tanınıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda S.İbadovdan bu növ saxta sənəd almış digər vətəndaşların, habelə cinayətkar fəaliyyətdə iştirak etmiş təqsirləndirilən şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41154/42/411544254_220:0:2000:1335_1920x0_80_0_0_e63711dfd1ab508b6dbdd7a41a38a34b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cinayət, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
cinayət, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti
Çoxsaylı vətəndaşı hərbi xidmətdən yayındıran şəxs cinayət məsuliyyətinə cəlb edilib
İş üzrə toplanan sübutlar əsasında Siruz İbadova Cinayət Məcəlləsinin 178.2.2 və 320.1-ci maddələrilə ittiham elan edilərək təqsirəndirilən şəxs qismində tanınıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
BAKI, 5 iyul — Sputnik. Saxta sənədlər hazırlamaqla vətəndaşların hərbi xidmətə çağırışdan yayındırılması faktları üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb. İstintaqla Siruz İbadovun sosial şəbəkədə yaratdığı "Asangroup Xaricdə Təhsil" adlı səhifə vasitəsilə ona müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq vətəndaşların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmasına dair saxta arayışlar hazırlaması, bu yolla da vətəndaşlara hərbi xidmətə çağırışdan möhlət verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında Siruz İbadova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 320.1-ci (hüquq verən və vəzifədən azad edən rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələrilə ittiham elan edilərək təqsirəndirilən şəxs qismində tanınıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda S.İbadovdan bu növ saxta sənəd almış digər vətəndaşların, habelə cinayətkar fəaliyyətdə iştirak etmiş təqsirləndirilən şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.