DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çexiyada qaraçılar onları ukraynalı qaçqınlardan qorumağı xahiş ediblər

© AP Photo / Martin Mejiamiqrant
miqrant - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
İyul ayından Çexiyada ukraynalı qaçqınların yerləşdirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.
BAKI, 5 iyul — Sputnik. Çexiyanın Pardubitse şəhərində qaraçılar ukraynalı qaçqınlardan qorunmağa çağıran yürüşə çıxıblar. Bu barədə "Ceska Televize" telekanalı məlumat yayıb.
Yürüş qaraçılarla Ukraynadan gələn mühacirlər arasında baş verən kütləvi davadan sonra təşkil edilib. Davada iyirmiyə yaxın adam iştirak edib. Dava yalnız polisin müdaxiləsindən sonra dayanıb. Üzündən bıçaq xəsarəti alan bir qaraçı xəstəxanaya aparılıb.
Yürüş iştirakçılarından olan bir kişi xatırladıb ki, qaraçılar da Çexiya vətəndaşıdır. Lakin onlar şəhərdə silahla gəzmir və insanlara hücum etmirlər.
Bundan əvvəl bildirilib ki, iyul ayından Çexiyada ukraynalı qaçqınların yerləşdirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minəcək, buna görə də onların əksəriyyəti yaxın aylarda evsiz qalmaq riski ilə üzləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0