DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bəşəriyyət Yer kürəsinin ən isti gününü yaşadı

© pixabay / xuuxuuİsti hava
İsti hava - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
Meteoroloqlar 2023-cü il iyulun 3-nü Yer kürəsinin ən isti günü adlandırıblar.
BAKI, 5 iyul — Sputnik. Meteoroloqlar 2023-cü il iyulun 3-nü Yer kürəsinin ən isti günü adlandırıblar. Bu barədə Rusiya mediası ABŞ-ın Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin meteoroloqlarının proqnozlarına istinadən xəbər verib.
Ekspertlərin məlumatına görə, iyulun 3-də Yer kürəsində orta temperatur Selsi üzrə 17 dərəcəni keçib. Alimlər bunu El Nino fenomeninin belə təzahür edə bilməsi ilə izah edirlər. Bu proses Sakit Okeanın ekvatorunda suyun səth qatının temperaturlarının dəyişməsi ilə xarakterizə olunur.
Eyni zamanda, Yer kürəsinin bütün bölgələri üzrə məlumatlar nəzərə alındığından, orta temperatur aşağı görünür. O cümlədən, okeanların səthindən yuxarı olan göstəricilər nəzərə alınır.
Yeri gəlmişkən, 2023-cü ilin yanvarında Böyük Britaniya Meteoroloji Xidmətindən (MetOffice) olan iqlimşünaslar sirrli El Nino fenomeninin bu yay geri dönəcəyi barədə məlumat veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0