SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Belarus Qoşulmama Hərəkatının fəaliyyətinə töhfə verməyə hazırdır

Qoşulmama Hərəkatı - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
Belarus XİN rəhbəri hesab edir ki, dünyada qlobal geosiyasi toqquşmalar baş verəndə yeganə çıxış yolu səmimi dialoqdur.
BAKI, 5 iyul — Sputnik. Belarus Qoşulmama Hərəkatının fəaliyyətinə töhfə verməyə hazırdır. Bunu Belarusun xarici işlər naziri Sergey Aleynik Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin iclasında deyib.
Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, Belarusa qarşı məhdudiyyətlər ixraca və istehsala təsir edib, bundan əlavə, müəyyən Belarus mallarının beynəlxalq bazara çıxarılmasının məhdudlaşdırılması BMT ölkələrinin kənd təsərrüfatına da öz təsirini göstərib.

"Bütün Qoşulmama Hərəkatı ölkələri sülh, çoxtərəfli, davamlı inkişaf prinsiplərini bölüşür. Dünyada qlobal geosiyasi toqquşmalar baş verəndə səmimi dialoq yeganə çıxış yoludur", - Belarus XİN rəhbəri bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0