https://sputnik.az/20230704/zelzeleden-sonra-heyet-evleri-bahalasacaq-vdeofoto-456495392.html
Zəlzələdən sonra həyət evləri bahalaşacaq? VİDEO+FOTO
Zəlzələdən sonra həyət evləri bahalaşacaq? VİDEO+FOTO
Sputnik Azərbaycan
Ekspert bildirib ki, zəlzələ xəbəri qısa zamanda hündürmərtəbəli binalarda mənzil əldə etmək istəyini arxa plana keçirəcək. 04.07.2023, Sputnik Azərbaycan
2023-07-04T21:16+0400
2023-07-04T21:16+0400
2023-07-04T22:06+0400
zəlzələ
cəmiyyət
azərbaycanda zəlzələ
https://cdnn1.img.sputnik.az/img/42304/68/423046832_0:160:3072:1888_1920x0_80_0_0_9e170a7ec09c58454dfddb50916e371b.jpg
BAKI, 4 iyul — Sputnik. Gecə baş verən zəlzələdən sonra əhali arasında müəyyən narahatlıq yaranıb. Yayılan xəbərlərə görə, zəlzələ fərdi evlərə təlabatı artırıb. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həyət evlərində müşahidə edilən qiymət artımı zəlzələ ilə bağlı deyil. Bu proses may ayından başlayıb. "Hər il may aylarından başlayaraq avqust ayınadək həyət evlərinə təlabat artır. Baş verən zəlzələdən sonra həyət evlərinə maraq bir qədər artsa da, bu birdən-birə həyət evlərinin qiymətini kəskin bahalaşdıra bilməz. Düzdür, zəlzələ xəbəri qısa zamanda hündürmərtəbəli binalara alıcılıq qabiliyyətini aşağı salacaq. Amma nəzərə almaq lazımdır ki, son illlər satılan evlər kreditli şərtlərlə satılan evlərdir. Kreditlə satılan evlərə isə çıxarış tələb olunur. Həyət evlərini isə kreditlə almaq çətindir. Fərdi yaşayış evlərini ancaq nağd şəkildə almaq mümkündür. Əhalinin çox az hissəsinin nağd ev almağa maddi imkanı çatır. Ona görə də, qısa zamanda hamının kütləvi şəkildə fərdi yaşayış evi alması mümkün deyil" , - deyə ekspert bildirib. E.Fərzəliyev deyir ki, fərdi yaşayış evlərinin qiyməti 20-25 faiz arta bilər. O, bildirib ki, Azərbaycanda əmlakların qiyməti baha olduğundan, zəlzələ ciddi təlafat yaratdığı halda fərdi yaşayış evlərinə kütləvi axın ola bilər. Ev-alqı satqısı ilə məşğul olan "makler"lər də qiymətlərdə bahalaşma gözlənildiyini bildirirlər. Ev alqı-satqısı ilə məşğul olan İlqar Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gecə baş verən zəlzələdən sonra fərdi yaşayış evlərinə kəskin təlabat müşahidə olunmasa da, ümumilikdə son illər həyət evlərinə maraq artıb. Həmsöhbətimiz Türkiyədə baş vermiş zəlzələdən sonra fərdi yaşayış evlərinin qiymətində 10-15 min manat civarında bahalaşma olduğunu bildirdi. Onun sözlərinə görə, gecə baş verən zəlzələ dağıntıya səbəb olmadığından, fərdi yaşayış evlərinə tələbatda kəskin artım yoxdur. Pandemiya və Türkiyədə baş verən zəlzələdən sonra insanlar torpaq alıb ev tikməyə, fərdi yaşayış evi almağa daha çox maraq göstərir. Bununla belə, İ.Abbasov hündürmərtəbəli yeni yaşayış binalarına da tələbatın qaldığını söylədi. İ. Abbasov deyib ki, həyət evləri Bakı ətrafı ilə müqayisədə şəhərdə daha bahadır. Şəhərdə fərdi yaşayış evlərinin qiyməti milyonlarla ölçülür. Şəhərdən kənar qəsəbələrdə isə fərdi yaşayış evlərinin qiyməti son bir ildə xeyli bahalaşıb. Belə ki, əvvəl Bakı ətrafında 35 min manata fərdi həyət evi almaq mümkün idisə, indi bu qiymətlər 45-47 min manatdan bahadır. Ekspert son illər Bakı ətrafı ərazilərdə boş torpaq sahələrinin də azaldığını söyləyib. Bu isə fərdi yaşayış evlərinin bahalaşmasına gətirib çıxarıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42304/68/423046832_171:0:2902:2048_1920x0_80_0_0_42ff2911357533b5a01009f1717ec615.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
zəlzələ, azərbaycanda zəlzələ
zəlzələ, azərbaycanda zəlzələ
Zəlzələdən sonra həyət evləri bahalaşacaq? VİDEO+FOTO
21:16 04.07.2023 (Yenilənib: 22:06 04.07.2023) Ekspert bildirib ki, zəlzələ xəbəri qısa zamanda hündürmərtəbəli binalarda mənzil əldə etmək istəyini arxa plana keçirəcək.
BAKI, 4 iyul — Sputnik. Gecə baş verən zəlzələdən sonra əhali arasında müəyyən narahatlıq yaranıb. Yayılan xəbərlərə görə, zəlzələ fərdi evlərə təlabatı artırıb.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həyət evlərində müşahidə edilən qiymət artımı zəlzələ ilə bağlı deyil. Bu proses may ayından başlayıb.
"Hər il may aylarından başlayaraq avqust ayınadək həyət evlərinə təlabat artır. Baş verən zəlzələdən sonra həyət evlərinə maraq bir qədər artsa da, bu birdən-birə həyət evlərinin qiymətini kəskin bahalaşdıra bilməz. Düzdür, zəlzələ xəbəri qısa zamanda hündürmərtəbəli binalara alıcılıq qabiliyyətini aşağı salacaq. Amma nəzərə almaq lazımdır ki, son illlər satılan evlər kreditli şərtlərlə satılan evlərdir. Kreditlə satılan evlərə isə çıxarış tələb olunur. Həyət evlərini isə kreditlə almaq çətindir. Fərdi yaşayış evlərini ancaq nağd şəkildə almaq mümkündür. Əhalinin çox az hissəsinin nağd ev almağa maddi imkanı çatır. Ona görə də, qısa zamanda hamının kütləvi şəkildə fərdi yaşayış evi alması mümkün deyil" , - deyə ekspert bildirib.
E.Fərzəliyev deyir ki, fərdi yaşayış evlərinin qiyməti 20-25 faiz arta bilər. O, bildirib ki, Azərbaycanda əmlakların qiyməti baha olduğundan, zəlzələ ciddi təlafat yaratdığı halda fərdi yaşayış evlərinə kütləvi axın ola bilər.
Ev-alqı satqısı ilə məşğul olan "makler"lər də qiymətlərdə bahalaşma gözlənildiyini bildirirlər. Ev alqı-satqısı ilə məşğul olan İlqar Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gecə baş verən zəlzələdən sonra fərdi yaşayış evlərinə kəskin təlabat müşahidə olunmasa da, ümumilikdə son illər həyət evlərinə maraq artıb.
Həmsöhbətimiz Türkiyədə baş vermiş zəlzələdən sonra fərdi yaşayış evlərinin qiymətində 10-15 min manat civarında bahalaşma olduğunu bildirdi. Onun sözlərinə görə, gecə baş verən zəlzələ dağıntıya səbəb olmadığından, fərdi yaşayış evlərinə tələbatda kəskin artım yoxdur. Pandemiya və Türkiyədə baş verən zəlzələdən sonra insanlar torpaq alıb ev tikməyə, fərdi yaşayış evi almağa daha çox maraq göstərir. Bununla belə, İ.Abbasov hündürmərtəbəli yeni yaşayış binalarına da tələbatın qaldığını söylədi.
İ. Abbasov deyib ki, həyət evləri Bakı ətrafı ilə müqayisədə şəhərdə daha bahadır. Şəhərdə fərdi yaşayış evlərinin qiyməti milyonlarla ölçülür. Şəhərdən kənar qəsəbələrdə isə fərdi yaşayış evlərinin qiyməti son bir ildə xeyli bahalaşıb. Belə ki, əvvəl Bakı ətrafında 35 min manata fərdi həyət evi almaq mümkün idisə, indi bu qiymətlər 45-47 min manatdan bahadır.
Ekspert son illər Bakı ətrafı ərazilərdə boş torpaq sahələrinin də azaldığını söyləyib. Bu isə fərdi yaşayış evlərinin bahalaşmasına gətirib çıxarıb.