Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

XİN Bakıda QH-nin Koordinasiya Şurasının Nazirlər Toplantısı barədə məlumat yayıb

© AFP 2024 / NATALIA KOLESNIKOVABakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.
BAKI, 4 iyul - Sputnik. İyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı keçiriləcək.
Bu barədə Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat verilib.
"Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynamışdır", - məlumatda qeyd edilib.
Bildirilib ki, Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.
Xəbər lenti
0