2020-ci ildə erməni işğalından azad edilmiş Şuşa şəhəri sürətlə dirçəlir. Burada yollar çəkilib, infrastruktur və enerji təsərrüfatı, su təchizatı obyektləri tikilib. Həmçinin şəhərdə 110/35/10 kilovoltluq Şuşa elektrik yarımstansiyası, "Xarıbülbül" və "Qarabağ" mehmanxanaları tikilib istifadəyə verilib. 2022-ci ildə Şuşanın simvollarından biri olan, 1873-cü ildə Xurşidbanu Natəvanın vəsaiti hesabına tikilmiş Xan qızı bulağı bərpa edilib. "Saatlı", "Yuxarı Gövhər ağa" və "Aşağı Gövhər ağa" məscidləri bərpa edilib. Şəhərin yeni tikilən obyektləri arasında 1 saylı orta məktəb, Əhmədbəyli-Füzuli-Şuşa yolunda tunel, yeni hotel və konfrans mərkəzi var.
2020-ci ildə erməni işğalından azad edilmiş Şuşa şəhəri sürətlə dirçəlir. Burada yollar çəkilib, infrastruktur və enerji təsərrüfatı, su təchizatı obyektləri tikilib.
Həmçinin şəhərdə 110/35/10 kilovoltluq Şuşa elektrik yarımstansiyası, "Xarıbülbül" və "Qarabağ" mehmanxanaları tikilib istifadəyə verilib. 2022-ci ildə Şuşanın simvollarından biri olan, 1873-cü ildə Xurşidbanu Natəvanın vəsaiti hesabına tikilmiş Xan qızı bulağı bərpa edilib.
"Saatlı", "Yuxarı Gövhər ağa" və "Aşağı Gövhər ağa" məscidləri bərpa edilib. Şəhərin yeni tikilən obyektləri arasında 1 saylı orta məktəb, Əhmədbəyli-Füzuli-Şuşa yolunda tunel, yeni hotel və konfrans mərkəzi var.