Qərb ZAES-də fövqəladə vəziyyəti bəhanə edib Ukraynada münaqişəyə girmək istəyir

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidZaporojye AES-in binası
Zaporojye AES-in binası - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Moskva BMT-nin baş katibi Antonio Quterreşi Kiyevi AES ətrafında təxribatlardan çəkinməyə məcbur etməyə çağırıb.
BAKI, 4 iyul — Sputnik. Kiyevin müttəfiqi olan Qərb ölkələri Zaporojye AES-də baş vermiş insidentdən münaqişə tərəfi kimi Ukraynada hərbi əməliyyatlara başlamaq üçün istifadə etmək istəyirlər.
Bunu TASS-a müsahibəsində "Rosenergoatom"un baş direktorunun müşaviri Renat Karçaa deyib.
"Təcavüzkar Qərb siyasətçiləri hər şeyə hazırdırlar. Stansiyada nüvə insidentinə səbəb olacaq xüsusi əməliyyatın təşkili, onların fikrincə, NATO-nun münaqişədə iştirakını leqallaşdırmaq üçün hüquqi "qapı" yaradacaq", - deyə Karçaa izah edib.
O hesab edir ki, bu səbəbdən Qərb məqsədyönlü şəkildə Rusiyanın nüvə terroru aktı həyata keçirməyə qadir ölkə imicini formalaşdırır. Konsern rəhbərinin müşaviri əlavə edib ki, Qərb ölkələri dünya ictimaiyyətini hadisə baş verməmişdən əvvəl günahkarı təyin etməyə hazırlayır.
"Bu dəfə onlar təhlükəni təqlid etmirlər, onu həyata keçirmək niyyətindədirlər. Hər halda, bunun ehtimalı həmişəkindən daha yüksəkdir", - deyə Karçaa əlavə edib.
O, həmçinin Zaporojye AES-in yerləşdiyi ərazidə Ukrayna Silahlı Qüvvələrinin fəallığının artdığına diqqət çəkib.
"Son bir ay yarım ərzində Ukrayna qoşunlarının sayı bu istiqamətdə əhəmiyyətli dərəcədə artıb", - deyə Karçaa sözünü yekunlaşdırıb.
Rusiya hakimiyyəti dəfələrlə Kiyevin Zaporojye AES-də terror aktı hazırladığına diqqət çəkib. Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski vurğulayıb ki, Ukrayna və Qərb ölkələri Rusiyanı nüvə təxribatında ittiham etmək üçün ZAES-də "başqasının bayrağı altında" əməliyyat hazırlaya bilərlər.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya əlavə edib ki, Moskva BMT-nin baş katibi Antonio Quterreşi Kiyevi AES ətrafında təxribatlardan çəkinməyə məcbur etməyə çağırıb.
Xəbər lenti
0