SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklər - ABŞ səfiri

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi
Xankəndi - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Bakı ilə Qarabağ erməniləri arasında dialoqun təşkilinin mümkün olub-olmaması ilə bağlı suala diplomat bildirib ki, istənilən müzakirə və danışıqlar sülh yolu ilə nizamlanmaya nail olmaq üçün düzgün yoldur.
BAKI, 4 iyul — Sputnik. Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklər. Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
"Biz bunun mümkün olduğuna inanırıq və ümid edirik. Bütün tərəflər bunu mümkün etmək üçün birlikdə çalışmalıdır. ABŞ bunun düzgün yanaşma olduğuna inanır", - ABŞ səfiri bildirib.
Onun sözlərinə görə, tərəflər Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün birgə çalışmalıdırlar.
Bakı ilə Qarabağ erməniləri arasında dialoqun təşkilinin mümkün olub-olmaması ilə bağlı suala diplomat bildirib ki, istənilən müzakirə və danışıqlar sülh yolu ilə nizamlanmaya nail olmaq üçün düzgün yoldur.
Xatırladaq ki, iyunun 26-29-da ABŞ paytaxtında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında iki ölkə arasında münasibətlərin nizamlanmasına dair saziş üzrə növbəti müzakirələr raundu keçirilib.
Xəbər lenti
0