DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putin: Dünyada geosiyasi ziddiyyətlər getdikcə kəskinləşir

© Sputnik / Александр Казаков / Mediabanka keçidPutin
Putin - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Rusiyanın dövlət başçısı təşkilata üzv olan ölkələrdə və onların xarici sərhədlərində təhlükəsizliyin təmin edilməsini ŞƏT-in əsas vəzifələrindən adlandırıb.
BAKI, 4 iyul — Sputnik. Hazırda dünyada geosiyasi ziddiyyətlərin kəskinləşməsi müşahidə olunur.
Rusiya Prezidenti Vladimir Putin bunu ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, beynəlxalq təhlükəsizlik sistemi deqradasiyaya uğrayır.
Putin inkişaf etmiş ölkələrin borclarının nəzarətsiz toplanması, sosial təbəqələşmə, habelə ərzaq və ekoloji təhlükəsizliyin pisləşməsi ilə nəticələnən iqtisadiyyat və maliyyə sahəsində qlobal böhran risklərinin artdığını bildirib.
Bununla əlaqədar olaraq, dövlət başçısı təşkilata üzv olan ölkələrdə və onların xarici sərhədlərində təhlükəsizliyin təmin edilməsini ŞƏT-in əsas vəzifələrindən adlandırıb.
“Biz fəaliyyətimizə məhz bu fəaliyyət istiqamətindən başlamışıq, bu istiqaməti gücləndirəcəyik”, - deyə Putin bildirib.
O, ŞƏT ölkələrinə ölkədə silahlı üsyana cəhd zamanı Rusiya hakimiyyətinin hərəkətlərini dəstəklədiklərinə görə təşəkkür edib. Bundan əlavə, prezident Rusiya Federasiyasının təşkilata üzv olan dövlətlərlə əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib.
Xəbər lenti
0