https://sputnik.az/20230704/politoloq-makron-onlarin-sifarisi-ile-siyaset-heyata-kecirir-456460633.html
Politoloq: Makron onların sifarişi ilə siyasət həyata keçirir
Politoloq: Makron onların sifarişi ilə siyasət həyata keçirir
Sputnik Azərbaycan
Fransa liderinin hazırkı siyasəti Avropa demokratiyasının beşiyi Fransanın sosial dövlət imicini ciddi şəkildə ləkələyib. 04.07.2023, Sputnik Azərbaycan
2023-07-04T09:32+0400
2023-07-04T09:32+0400
2023-07-04T09:32+0400
emmanuel makron
təhlil
fransa
fransa prezidenti emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452226530_0:340:3036:2048_1920x0_80_0_0_0915dffc7396e097a9dca80302c07145.jpg
BAKI, 4 iyul — Sputnik. "Fransada baş verən hadisələr bu ölkənin iqtidarının, ilk növbədə isə Prezident Makronun yuxarıdan inqilab həyata keçirmək səyləri ilə bağlıdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov deyib. Politoloqun sözlərinə görə, Makron Fransadakı iri biznes təmsilçilərinin maraqlarından çıxış edərək miqrasiya siyasətinin gücləndirilməsinə getdi: "Eyni zamanda onun pensiya islahatları və pensiya yaşının artırılması ilə bağlı irəli sürdüyü qanunvericiliik təşəbbüsü əhalinin mütləq əksəriyyətinin narazılığına səbəb olmuşdu. Bu iki siyasət arasında çox ciddi bağlılıq var". Politoloq Makronun miqrasiya siyasətinin məqsədlərinə də aydınlıq gətirib. O qeyd edib ki, Fransa bu siyasətlə pensiya islahatlarına qarşı çıxış edən əhalinin, həmkarlar ittifaqlarının, sol partiyaların qarşısını almağı hədəfləyirdi: E. Manafovun sözlərinə görə, miqrasiya siyasəti yerli əhali və miqrantlar arasında qarşıdurmanın əsas səbəblərindən biridir: "Etiraf etmək lazımdır ki, Ərəb ölkələrindən və Afrikadan gələn miqrantlar Fransadakı mövcud tolerantlıq və multikulturalizm mühitindən sui-istifadəyə meyllidirlər. Bu isə bir sıra hallarda təhlükəsizlik qüvvələri ilə toqquşmalara gətirib çıxarır. Biz görürük ki, bu toqquşmalar bir sıra hallarda, etnik və dini müstəvidə özünü göstərir. Hadisələrin təhlili göstərir ki, Fransa prezidenti ciddi güzəştə gedib iri biznes dairələrinin maraqlarına cavab verən siyasətindən geri çəkilməlidir, çünki bu baş verənlər onun rəqibi Fransa Milli Cəbhəsinin lideri Marine Le Penin xeyrinə işləyir". Politoloq hesab edir ki, Makron çox təzadlı siyasət yürüdür: "Cənubi Qafqaz prizmasından yanaşsaq, Makron ilk növbədə Azərbaycanla münasibətlərin inkişafına yönəlik addımlar atmalı idi. Çünki bu ölkənin ən böyük vergi ödəyicilərindən olan TOTAL-ın Azərbaycanla vacib iqtisadi əməkdaşlığı var. Amma Makron bunun müqabilində erməni diasporunun sifarişi ilə Azərbaycan əleyhinə çıxışlar edir. Fransa Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesində də ədalətli deyil, birtərəfli mövqe nümayiş etdirir. Məhz bu davranışlara görə, Azərbaycan Prezidenti İlham Əliyev Makronun danışıqlar prosesində iştirakını qəbuledilməz sayır. Düşünürəm ki, Makron Rusiyaya qarşı sanksiyalara qoşulub Ukraynanı silahlandırmaq əvəzinə, həmin yüzmilyonlarla vəsaiti vətəndaşlarının sosial rifahına sərf edə bilərdi. Bununla da seçicilərinin etimadını doğrultmuş olardı. Amma görünür ki, Makron özü müstəqil siyasət yerinə yetirəcək vəziyyətdə deyil. Bir tərəfdən ABŞ, digər tərəfdən isə iri biznes koorparasiyalarının sifarişi ilə siyasət həyata keçirir. Bu Makron üçün yaxşı nəticələnməyəcək", - deyə E. Manafov qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452226530_153:0:2884:2048_1920x0_80_0_0_22fa921fd7cfea2a3ef07a9c6d17a918.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
emmanuel makron, fransa, fransa prezidenti emmanuel makron
emmanuel makron, fransa, fransa prezidenti emmanuel makron
Politoloq: Makron onların sifarişi ilə siyasət həyata keçirir
Fransa liderinin hazırkı siyasəti Avropa demokratiyasının beşiyi Fransanın sosial dövlət imicini ciddi şəkildə ləkələyib.
BAKI, 4 iyul — Sputnik. "Fransada baş verən hadisələr bu ölkənin iqtidarının, ilk növbədə isə Prezident Makronun yuxarıdan inqilab həyata keçirmək səyləri ilə bağlıdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Politoloqun sözlərinə görə, Makron Fransadakı iri biznes təmsilçilərinin maraqlarından çıxış edərək miqrasiya siyasətinin gücləndirilməsinə getdi: "Eyni zamanda onun pensiya islahatları və pensiya yaşının artırılması ilə bağlı irəli sürdüyü qanunvericiliik təşəbbüsü əhalinin mütləq əksəriyyətinin narazılığına səbəb olmuşdu. Bu iki siyasət arasında çox ciddi bağlılıq var".
Politoloq Makronun miqrasiya siyasətinin məqsədlərinə də aydınlıq gətirib.
O qeyd edib ki, Fransa bu siyasətlə pensiya islahatlarına qarşı çıxış edən əhalinin, həmkarlar ittifaqlarının, sol partiyaların qarşısını almağı hədəfləyirdi:
"Çünki miqrasiya siyasətinin həyata keçirilməsi Fransanı ucuz işçi qüvvəsi ilə təmin edirdi. Yerli fransızlar da başa düşür ki, bundan sonra onların etirazlarının, tətillərinin nəticəli olmaq ehtimalı aşağı düşəcək. Makron miqrantların hesabına boşluğu doldurmaq, iri biznes dairələrinin problemlərini həll etmək istəyir. Yəni, bütün addımlar istismarçılığın gücləndirilməsinə yönəldilib".
E. Manafovun sözlərinə görə, miqrasiya siyasəti yerli əhali və miqrantlar arasında qarşıdurmanın əsas səbəblərindən biridir:
"Etiraf etmək lazımdır ki, Ərəb ölkələrindən və Afrikadan gələn miqrantlar Fransadakı mövcud tolerantlıq və multikulturalizm mühitindən sui-istifadəyə meyllidirlər. Bu isə bir sıra hallarda təhlükəsizlik qüvvələri ilə toqquşmalara gətirib çıxarır. Biz görürük ki, bu toqquşmalar bir sıra hallarda, etnik və dini müstəvidə özünü göstərir. Hadisələrin təhlili göstərir ki, Fransa prezidenti ciddi güzəştə gedib iri biznes dairələrinin maraqlarına cavab verən siyasətindən geri çəkilməlidir, çünki bu baş verənlər onun rəqibi Fransa Milli Cəbhəsinin lideri Marine Le Penin xeyrinə işləyir".
"Fransada millətçilik və antimiqrasiya meylləri xeyli güclənib. Makronun əsas rəqibi çox güman ki, bundan məharətlə istifadə edəcək. Fransa liderinin hazırkı siyasəti Avropa demokratiyasının beşiyi Fransanın sosial dövlət imicini ciddi şəkildə ləkələyib", - deyə politoloq vurğulayıb.
Politoloq hesab edir ki, Makron çox təzadlı siyasət yürüdür:
"Cənubi Qafqaz prizmasından yanaşsaq, Makron ilk növbədə Azərbaycanla münasibətlərin inkişafına yönəlik addımlar atmalı idi. Çünki bu ölkənin ən böyük vergi ödəyicilərindən olan TOTAL-ın Azərbaycanla vacib iqtisadi əməkdaşlığı var. Amma Makron bunun müqabilində erməni diasporunun sifarişi ilə Azərbaycan əleyhinə çıxışlar edir. Fransa Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesində də ədalətli deyil, birtərəfli mövqe nümayiş etdirir. Məhz bu davranışlara görə, Azərbaycan Prezidenti İlham Əliyev Makronun danışıqlar prosesində iştirakını qəbuledilməz sayır.
Düşünürəm ki, Makron Rusiyaya qarşı sanksiyalara qoşulub Ukraynanı silahlandırmaq əvəzinə, həmin yüzmilyonlarla vəsaiti vətəndaşlarının sosial rifahına sərf edə bilərdi. Bununla da seçicilərinin etimadını doğrultmuş olardı. Amma görünür ki, Makron özü müstəqil siyasət yerinə yetirəcək vəziyyətdə deyil. Bir tərəfdən ABŞ, digər tərəfdən isə iri biznes koorparasiyalarının sifarişi ilə siyasət həyata keçirir. Bu Makron üçün yaxşı nəticələnməyəcək", - deyə E. Manafov qeyd edib.