https://sputnik.az/20230704/messiye-azerbaycan-xalcasi-hediyye-edilib-456472367.html
Messiyə Azərbaycan xalçası hədiyyə edilib
Messiyə Azərbaycan xalçası hədiyyə edilib
Sputnik Azərbaycan
Azərbaycanlı iş adamı Lionel Messinin ad günündə iştirak edib. O, Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan "Əjdahalı" xalçanı... 04.07.2023, Sputnik Azərbaycan
2023-07-04T12:19+0400
2023-07-04T12:19+0400
2023-07-04T12:21+0400
lionel messi
cəmiyyət
xalça
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440139748_0:0:2953:1662_1920x0_80_0_0_6085e4e3fd87e2da796e06a563c94faa.jpg
BAKI, 4 iyul — Sputnik. Azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək, ona Azərbaycan xalçası hədiyyə edib. "Əjdahalı" kompozisiya "Azərxalça" ASC-də istehsal olunub. Məlumat üçün bildirək ki, Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan "Əjdahalı" xalçaları qədim və zəngin tarixə malikdir. Şərq aləmində "Əjdaha" evin, ocağın şər qüvvələrdən qorunmasını simvolizə edən motiv nümunələridir. Xalçanın kompozisiyasının şərhinə gəldikdə isə, "Əjdaha" təsvirli xalçaların əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rənglərin ahəngdar bölgüsündən ibarətdir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnir. Xalçaların üzərlərində stilizə olunmuş əjdaha təsvirləri naxışlar vasitəsilə verilir. "Əjdaha" simvolu olan naxış və elementlər bütün şərqdə çox qədimdən mövcud olsa da, ilk "Əjdahalı" xalçalar Səfəvilər dövründə yaranıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440139748_0:0:2625:1969_1920x0_80_0_0_7a826a0f32e7d7ea4c0bb793bfb4f6bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lionel messi, xalça
Messiyə Azərbaycan xalçası hədiyyə edilib
12:19 04.07.2023 (Yenilənib: 12:21 04.07.2023) Azərbaycanlı iş adamı Lionel Messinin ad günündə iştirak edib. O, Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan "Əjdahalı" xalçanı hədiyyə edib
BAKI, 4 iyul — Sputnik. Azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək, ona Azərbaycan xalçası hədiyyə edib. "Əjdahalı" kompozisiya "Azərxalça" ASC-də istehsal olunub.
Məlumat üçün bildirək ki, Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan "Əjdahalı" xalçaları qədim və zəngin tarixə malikdir. Şərq aləmində "Əjdaha" evin, ocağın şər qüvvələrdən qorunmasını simvolizə edən motiv nümunələridir. Xalçanın kompozisiyasının şərhinə gəldikdə isə, "Əjdaha" təsvirli xalçaların əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rənglərin ahəngdar bölgüsündən ibarətdir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnir. Xalçaların üzərlərində stilizə olunmuş əjdaha təsvirləri naxışlar vasitəsilə verilir. "Əjdaha" simvolu olan naxış və elementlər bütün şərqdə çox qədimdən mövcud olsa da, ilk "Əjdahalı" xalçalar Səfəvilər dövründə yaranıb.