https://sputnik.az/20230704/medeniyyet-nazirliyinin-yeni-regional-idarelerinin-strukturu-tesdiqlenib-456493768.html
Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiqlənib
Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiqlənib
Sputnik Azərbaycan
Fərid Qurbanzadə Vidadi oğlu Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Əliyev Rahib oğlu - Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi... 04.07.2023, Sputnik Azərbaycan
2023-07-04T20:29+0400
2023-07-04T20:29+0400
2023-07-04T20:29+0400
mədəniyyət nazirliyi
mədəniyyət
region
struktur
sərəncam
rəis
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_0:320:3072:2048_1920x0_80_0_0_1377339c4f5263f86daa0e1ddfd39a1e.jpg
BAKI, 4 iyul — Sputnik. Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq olunub, təyinatlar var. Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib. Bildirilib ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb. Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib. Məlumata görə, Fərid Qurbanzadə Vidadi oğlu Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Əliyev Rahib oğlu - Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42296/39/422963995_271:0:3002:2048_1920x0_80_0_0_f9f0de39cf79bb4c06f93f24f33e2d71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mədəniyyət nazirliyi, region, struktur, sərəncam, rəis
mədəniyyət nazirliyi, region, struktur, sərəncam, rəis
Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiqlənib
Fərid Qurbanzadə Vidadi oğlu Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Əliyev Rahib oğlu - Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub
BAKI, 4 iyul — Sputnik. Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq olunub, təyinatlar var.
Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.
Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib.
Məlumata görə, Fərid Qurbanzadə Vidadi oğlu Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi, Rəşad Əliyev Rahib oğlu - Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.