https://sputnik.az/20230704/konstitusiya-mehkemesinin-25-illiyine-hesr-olunan-beynelxalq-konfrans-kecirilir-456477036.html
Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
Sputnik Azərbaycan
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların bir çox hissəsi insan və... 04.07.2023, Sputnik Azərbaycan
2023-07-04T13:13+0400
2023-07-04T13:13+0400
2023-07-04T13:56+0400
konstitusiya məhkəməsi
cəmiyyət
məhkəmə-hüquq şurası
https://cdnn1.img.sputnik.az/img/40770/36/407703640_0:147:1800:1160_1920x0_80_0_0_ff9b359afb67f359780060c05b121ad3.jpg
BAKI, 4 iyul — Sputnik. Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan "Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı" mövzusunda beynəlxalq konfrans keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub. Beynəlxalq konfransda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirir ki, Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır. O bildirib ki, 25 il ərzində Konstitusiya Məhkəməsi 25 545 qərar və 106 qərardad qəbul edib: "Bu qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır. Məhkəmənin mühüm səlahiyyətlərindən biri konstusiya və qanunların şərhidir. Konstustiya Məhkəməsi tərəfindən bir çox qanunlar şərh edilib". "Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, Azərbaycanda məhkəmələrin işi daim təkmilləşdirilir. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi qanunvericiliyin təkmilləşdirilməsinə böyük tövhə verir: "Qanunun aliliyi və insan hüquqlarının qorunması ilə bağlı çağırışlara Konstusiya Məhkəməsi səs verir. Konstusiya Məhkəməsi müasir standartlara uyğun aparılan hüquqi islahatlarda fəal iştirak edir. Bu məhkəmə qanunvericiliyin təkmilləşdirilməsinə böyük tövhə verir və məhkəmə hakimiyyətinin müstəqil özünüidarəetmə orqanı olan Məhkəmə-Hüquq Şurasında təmsil olunur". Nazir vurğulayıb ki, hazırda özünün ən qüdrətli dövrünü yaşayan ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı azad edib: "Bununla da tarixi ədalət bərpa olunub. Həmin ərazilərdə Konstusiyamızın hüquqi qüvvəsi bərpa edilib. Artıq azad edilən ərazilərimzdə Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə sürətli yenidənqurma və bərpa işləri aparılır". Qeyd edək ki, toplantıda Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan "Fərdi şikayət: Türkiyədə son inkişaflar", Serbiya Konstitusiya Məhkəməsinin sədri Snejana Markoviç "Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu", Qazaxıstan Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova "Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin səmərəliyi", Albaniya Konstitusiya Məhkəməsinin sədri Holta Zaçay "Albaniya Konstitusiya Məhkəməsi, məhkəmə islahatları və konstitusiya dəyişiklikləri fonunda - əldə edilmiş nəticə" mövzusunda məruzələrlə çıxış edəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40770/36/407703640_80:0:1680:1200_1920x0_80_0_0_4475cd626aebbc62488247dc50d55bc8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
konstitusiya məhkəməsi, məhkəmə-hüquq şurası
konstitusiya məhkəməsi, məhkəmə-hüquq şurası
Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
13:13 04.07.2023 (Yenilənib: 13:56 04.07.2023) Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır
BAKI, 4 iyul — Sputnik. Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan "Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı" mövzusunda beynəlxalq konfrans keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.
Beynəlxalq konfransda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirir ki, Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır.
O bildirib ki, 25 il ərzində Konstitusiya Məhkəməsi 25 545 qərar və 106 qərardad qəbul edib: "Bu qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır. Məhkəmənin mühüm səlahiyyətlərindən biri konstusiya və qanunların şərhidir. Konstustiya Məhkəməsi tərəfindən bir çox qanunlar şərh edilib".
"Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, Azərbaycanda məhkəmələrin işi daim təkmilləşdirilir. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi qanunvericiliyin təkmilləşdirilməsinə böyük tövhə verir: "Qanunun aliliyi və insan hüquqlarının qorunması ilə bağlı çağırışlara Konstusiya Məhkəməsi səs verir. Konstusiya Məhkəməsi müasir standartlara uyğun aparılan hüquqi islahatlarda fəal iştirak edir. Bu məhkəmə qanunvericiliyin təkmilləşdirilməsinə böyük tövhə verir və məhkəmə hakimiyyətinin müstəqil özünüidarəetmə orqanı olan Məhkəmə-Hüquq Şurasında təmsil olunur".
Nazir vurğulayıb ki, hazırda özünün ən qüdrətli dövrünü yaşayan ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı azad edib: "Bununla da tarixi ədalət bərpa olunub. Həmin ərazilərdə Konstusiyamızın hüquqi qüvvəsi bərpa edilib. Artıq azad edilən ərazilərimzdə Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə sürətli yenidənqurma və bərpa işləri aparılır".
Qeyd edək ki, toplantıda Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan "Fərdi şikayət: Türkiyədə son inkişaflar", Serbiya Konstitusiya Məhkəməsinin sədri Snejana Markoviç "Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu", Qazaxıstan Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova "Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin səmərəliyi", Albaniya Konstitusiya Məhkəməsinin sədri Holta Zaçay "Albaniya Konstitusiya Məhkəməsi, məhkəmə islahatları və konstitusiya dəyişiklikləri fonunda - əldə edilmiş nəticə" mövzusunda məruzələrlə çıxış edəcəklər.