Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kim deyir ki Azərbaycanda zəlzələ gözlənilmir? - Qurban Yetirmişli

© Sputnik / Nigar İskender AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli
 AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Dünən gecə saatlarında Xəzər dənizinin Dağıstana yaxın ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
BAKI, 4 iyul — Sputnik. "Rəsmi məlumatlara inanın, axşam evinizdə rahat yatın. Sosial şəbəkələrdə yayılan məlumatlara inanmayın. Ayıbdır bu cür məlumatları yaymaq. Sosial şəbəkələrə inanmayın. Məgər bu məlumatı yayan zəlzələnin baş verdiyi 65 kilometr dərinlikdən xəbər verir?"
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bu gün keçirilən brifinqdə deyib.
O, Azərbaycanın seysmik bölgədə yerləşdiyini, son baş verən zəlzələ nəticəsində hansısa tələfatın olmadığını bildirib: "Tikintidən öncə FHN tərəfindən layihələndirmə işləri aparılır. Binalar tikilməzdən öncə bütün bunlar nəzərə alınır".
"Kim deyir ki Azərbaycanda zəlzələ gözlənilmir? Azərbaycan seysmik bölgədir. Sadəcə binaları elə tikmək lazımdır ki zəlzələyə davamlı olsun. Ən əsas məsələ budur", - deyə o əlavə edib.
Dünən gecə saatlarında Xəzər dənizinin Dağıstana yaxın ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın şimal-şərq rayonları, eləcə də Abşeron yarımadasında hiss olunub.
Xəbər lenti
0